Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

post-img

Bakıda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib.

Mayın 2-də Bakıda, Heydər Əliyev Sarayında Azərbaycandan kənarda təhsil almış mütəxəssis­lərin toplantısı keçirilib. Toplantı ümummilli liderin anadan olması­nın 100 illiyinə həsr edilib.

Ulu öndərin hakimiyyət illərin­də xaricdə təhsil almış həmvətən­lərimizin qatıldığı toplantıda döv­lət və hökumət nümayəndələri də iştirak ediblər.

Əvvəlcə Sarayın foyesində ulu öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycan təhsilinə qayğısından bəhs edən fotosərgi ilə tanışlıq olub.

Toplantı açıq elan edildikdən sonra Azərbaycan Respublika­sının Baş naziri Əli Əsədov çıxış edib.

Bu günlərdə xalqımızın böyük tarixi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siya­si xadim, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini bildirən Baş nazir deyib ki, ulu öndərin 100-cü ildönümü onun ideya və arzularının gerçəkləşdiyi, tövsiyə və vəsiyyətlərinin yerinə yetirildiyi tarixi şəraitdə keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Res­publikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamında qeyd edildiyi kimi, davamlı yüksəliş yolunda inam­la irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

1974-cü ildə Moskva şəhərin­də Plexanov adına Xalq Təsər­rüfatı İnstitutuna daxil olduğu­nu, 1978-ci ildə həmin İnstitutu bitirdiyini xatırladan Ə.Əsədov deyib: “O illərdə belə nüfuzlu ali məktəblərə qəbul olmaq biz gənclər üçün böyük şərəf idi. Bu istiqamətdə atılan addımların hansı qlobal məqsədə xidmət etdiyi barədə təsəvvürümüz ol­masa da, üzərimizə düşən məsu­liyyəti – Azərbaycan üçün gərəkli mütəxəssis kimi yetişməyin əhə­miyyətini dərk edir, respublika rəhbərinin xeyir-duasından daha da ruhlanırdıq. İllər sonra ulu ön­dər özü etiraf edirdi ki, bu uzaq­görən strategiyanın məqsədi bir çox ixtisaslar üzrə milli kadrların hazırlanması ilə yanaşı, həm də Azərbaycan gənclərinin dünya görüşlərinin genişləndirilməsi idi. Bugünkü toplantının iştirakçı­ları Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində fəaliyyət göstərən, Vətənimizin hərtərəfli inkişafına töhfələr verən insanlardır. Hər birimiz böyük hə­yat yolu keçərək şəxsiyyət kimi formalaşmışıq, müxtəlif peşələrə yiyələnmişik, müxtəlif vəzifələr tutmuşuq. Lakin bizi birləşdirən mühüm bir faktor var – əksəriy­yətimiz ulu öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbay­candan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq. Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzun­ları, Heydər Əliyevin kadrlarıyıq”.

Əli Əsədov bildirib ki, Azər­baycanın qədim tarixi və zəngin dövlətçilik ənənələri, bu ənənələri yaradan və yaşadan böyük xalqı, doğma Vətənin tarixinə öz adını əbədi yazdıran qəhrəman övlad­ları, dahi şəxsiyyətləri var. Ancaq ulu öndər Heydər Əliyev onların arasında xüsusilə seçilir. Yüz il əvvəl qədim Naxçıvanda sadə, zəhmətkeş ailədə dünyaya göz açan, uşaqlığı əyalət şəhərində keçən Heydər Əliyev iş fəaliyyə­tinə hələ gənc yaşlarında dövlət qulluğunda başlamışdı. Sonralar onun nəhəng bir ölkənin rəhbər­lərindən olması, dünya miqyasın­da şöhrət qazanaraq öz xalqını şərəfləndirməsi, onun əsl lider kimi çox mürəkkəb və məsuliy­yətli missiyanı şərəflə yerinə ye­tirməsi ulu öndərə qismət olan bənzərsiz bir taledir. “Mənim hə­yatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbay­can Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”, – ulu öndər həyat amalını belə ifadə etmiş və bu amala daim sadiq olmuşdur.

Ulu öndərin 1972-ci ildən eti­barən hər il yüzlərlə azərbaycanlı gənci SSRİ-nin böyük təcrübəyə malik ali hərbi təhsil məktəblərinə oxumağa göndərdiyini xatırladan Əli Əsədov diqqətə çatdırıb ki, o illərdə məhz ulu öndərin şəxsi təşəbbüsü ilə böyük çətinliklərlə Bakıda Cəmşid Naxçıvanski adı­na Hərbi Məktəb yaradıldı. “Belə təşəbbüslər irəli sürüləndə, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetiriləndə heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin bir payız günündə yüngül si­lahlarla Şuşanın sıldırım qayala­rını aşan Azərbaycan Ordusuna məhz Heydər Əliyevin xeyir-duası ilə hərbi təhsil almış milli kadr­lar rəhbərlik edəcək və bu kadr­lar onun layiqli varisi, Prezident, Müzəffər Ali Baş Komandan İl­ham Əliyevin əmri ilə xalqımızın Qarabağ və Şuşa həsrətinə son qoyacaq. Ümummilli lidеrimizin təməlini qоyduğu, möhkəmləndir­diyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyеvin böyük səyləri sаyəsin­də elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib”, – deyə Baş nazir vurğu­layıb.

Ə.Əsədov qeyd edib ki, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsin­də 32 ölkənin 350-dən çox ən nü­fuzlu ali təhsil müəssisəsində təh­sil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə gön­dərilmiş və onlara təqaüd verilib, bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları­na dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının icrası müd­dətində hər il 400 nəfər olmaq­la, ümumilikdə 2000 nəfərədək vətəndaşın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavri­at və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

“Bu gün öz Vətənini, xalqı­nı, dövlətini sevən hər bir Azər­baycan vətəndaşının qəlbində Heydər Əliyev abidəsi ucaldılıb. Nə qədər Azərbaycan xalqı, Azər­baycan dövləti var, Heydər Əliyev də yaşayacaq. Bu gün Azərbay­can Prezidentinin ətrafında sıx birləşmiş xalqımız əmindir ki, əsa­sı ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil döv­lətimizin inkişafı etibarlı əllərdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Or­dumuzun otuz ilə yaxın Ermənis­tanın işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir”, – deyə Baş na­zir vurğulayıb.

Sonra ulu öndərin Azərbaycan təhsilinə diqqət və qayğısından bəhs edən “Təhsil millətin gələcə­yidir” filmi nümayiş olunub.

Toplantı digər çıxışlarla da­vam edib. 

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər İcti­mai Birliyinin sədri Natiq Əhmə­dov, ABŞ-ın Kolumbiya Univer­sitetinin 2012-ci il məzunu, elm və təhsil naziri Emin Əmrulla­yev, Moskva Dövlət Universite­tinin 1975-ci il məzunu, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Ab­baszadə, Moskva Dövlət Uni­versitetinin 1980-ci il məzunu, Konstitusiya Məhkəməsinin səd­ri Fərhad Abdullayev, Moskva Dövlət Universitetinin 1973-cü il məzunu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Par­lament Assambleyasının baş katibi Asəf Hacıyev, Leninqrad Dövlət Universitetinin 1986-cı il məzunu, Milli Məclisin komitə sədri Səməd Seyidov, Moskva Dövlət Universitetinin 1975-ci il məzunu, Almaniyanın Münxen şəhərində “Holmholtz” Elmi-Tə­dqiqat Mərkəzində “Dinamik sis­temlər” şöbəsinin müdiri, Əmək­dar elm xadimi Məsud Əfəndiyev bildiriblər ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azər­baycana uğurla rəhbərlik edib. Hər iki sistemdə Azərbaycanın iqtisadiyyatını möhkəmləndirib, onun şöhrətini, nüfuzunu yük­səklərə qaldırıb, milli mənafeyi­ni, milli mentalitetini, mədəni və mənəvi dəyərlərini qoruyub.

Qeyd olunub ki, hələ sovet hakimiy­yəti illərində ulu öndərin təşəbbüsü ilə sosial-iqtisadi və mədəni sahələrdə hə­yata keçirilən tədbirlər, qazanılan nailiy­yətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynayıb. Həmin illər­də ümummilli liderimizin xalq qarşısında ən böyük xidmətlərindən biri də təhsilin və elmin inkişafı, milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələr­də ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Ulu öndər həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində bu sahələrə xüsusi diqqət yetirərək, onları dövlət sə­viyyəsində əsas prioritetlər kimi müəy­yən etmişdi. Ulu öndərin yorulmaz səyləri nəticəsində 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində 80-dən artıq sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 minədək azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yarandı.

Bildirilib ki, əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə 50-dən az adam göndərilirdisə, 1973-cü ildə onların sayı 140-dan artıq, 1974-cü ildə 357, 1975-ci ildə 700-ə yaxın və 1976-cı ildən başla­yaraq 800-900 nəfərə çatdırıldı. 1980-ci illərin əvvəllərindən isə 1000-dək Azər­baycan gənci respublikadan kənarda SS­Rİ-nin məşhur ali təhsil müəssisələrinə təhsil almağa göndərilmişdi. Azərbaycan­dan kənarda təhsil alanların milli tərkibin­də azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək cəmi 40 faiz təşkil edirdisə, 1976-cı ildə bu rəqəm 85 faizə, 1977-ci ildə 92 fa­izə, 1980-ci illərin əvvəllərində isə 98 faizə yüksəldi. Əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin və həm də ixtisasların sayı sürətlə artdı.

Daha sonra Yaroslavl Ali Hərbi Maliy­yə Məktəbinin 1988-ci il məzunu, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, gene­ral-leytenant Cavid Abdullayev, Moskva Dövlət Universitetinin 1982-ci il məzunu, Azərbaycan Tibb Universiteti, Bioloji kim­ya kafedrasının müdiri, biologiya elmlə­ri doktoru, professor Gülnarə Əzizova, Ümumittifaq Dövlət Kinematoqrafiya İns­titutunun 1982-ci il məzunu, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Moskva Dövlət Universitetinin 1983-cü il məzunu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkə­zinin İdarə Heyətinin üzvü Gülşən Paşa­yeva, Kolumbiya Universitetinin 2008-ci il məzunu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf, Nyu-York Universitetinin 1999-cu il məzu­nu, İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyevin çıxışları dinlənilib. 

Bildirilib ki, ulu öndər Azərbaycandan kənarda təhsil alan gəncləri hər zaman diqqət mərkəzində saxlayır, onların in­kişafına hər cür qayğı göstərirdi. Hər il avqust ayının axırlarında Vətəndən kənar­da təhsil alacaq tələbə gənclərlə görüşür, öz dəyərli tövsiyələrini verirdi. 1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, ümummilli liderimiz tələ­bələrlə görüş keçirməsin. Azərbaycandan kənarda təhsil almağa göndərdiyi gəncləri öz doğma övladları adlandıran ulu öndər deyirdi: “Vaxt gələcək ki, bu kadrlar Azər­baycana lazım olacaqlar. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəkdir”. 

Qeyd olunub ki, ümummilli liderin müəllifi olduğu davamlı inkişaf strate­giyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik so­sial-iqtisadi tərəqqisini təmin edən Azər­baycan regionun lider dövlətinə çevrilib. Ulu öndərin müəllifi olduğu strateji inkişaf konsepsiyasının əsas istiqamətlərindən biri də insan kapitalının gücləndirilməsi və yüksəkixtisaslı kadr potensialının forma­laşdırılması olduğunu xatırladan natiqlər bildiriblər ki, ulu öndər Azərbaycandan kənarda təhsil alan gənclərin fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onların inkişafına yüksək qayğı göstərir, onları “Azərbaycanın milli sərvəti” adlandırırdı.

Toplantıda Azərbaycanın Xalq artisti Samir Cəfərov fortepianoda Roza Səlimo­vanın müşayiəti ilə “Sən elə bir zirvəsən”, Əməkdar artist İlham Nəzərov fortepi­anoda Roza Səlimovanın müşayiəti ilə “Sənsiz” romansını ifa ediblər, ulu öndə­rin “Alagöz” və “Küçələrə su səpmişəm” mahnılarını səsləndirdiyi görüntülər təq­dim olunub. Sonra ekranda ulu öndərin Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirməsi nümayiş etdirilib. Toplantı Əməkdar artist Xəyyam Mustafazadənin ifasında “Azərbaycan” mahnısı ilə yekun­laşıb.





Sosial həyat