Naxçıvan idmançısı Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Legasy Judo Tournament” adlı turnirdə qızıl medal qazanıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xəbərdə qeyd edilir ki, Kaliforniya ştatının Santa Klara şəhərində keçirilən yarışda həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib. O, 10–12 yaşlı oğlanlar arasında 38 kiloqramdan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib. İdmançımız ilk görüşündə Cənubi Koreya təmsilçisi Hajoon Lee, ardınca isə ABŞ-dən olan rəqibi Asher Hiat üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri