Naxçıvanda Dövlət Vergi Xidməti yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirir.
Xidmətdən verilən məlumata görə, ilin əvvəlindən muxtar respublika ərazisində 1,5 minədək yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yanvar–mart aylarında yeni nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 27,4 milyon manatdan çox, təkcə mart ayında isə ilin əvvəli ilə müqayisədə 2,2 dəfə çox olub.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri