“Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərdə rəsmi qeydiyyata alınmış dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən də bu məqsədlə müvafiq işlər aparılır. Qurumdan qəzetimizə verilən məlumata görə, Naxçıvan şəhərində fəaliyyət göstərən 57 əzcaçılıq müəssisəsində dərman vasitələrinin satışında qiymət intizamına, o cümlədən, dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində göstərilməsinə əməl olunması ilə bağlı maarifləndirici monitorinqlər aparılıb və qanunun tələbləri ətraflı şəkildə izah olunub.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri