Kinoa bitkisinin sınaq əkini keçirilib

post-img

Kinoa susuzluğa çox davamlı, torpaqdan isə duzluluğu götürən bitkidir. Ondan həm ərzaq, həm də yem bitkisi kimi istifadə edilir. 100-dən çox növü olan bu bitki ağ, qara və açıq qəhvəyi rənglə­rinə görə fərqlənir. Vətəni Cənubi Amerikanın And dağları bölgəsi olan bu bitki Azərbaycana Tür­kiyədən gətirilib və Əkinçilik El­mi-Tədqiqat İnstitutu bölgələrdə onun sınaq əkinlərini keçirib. 

Naxçıvanda isə təcrübə məqsə­dilə bu il Əliabad qəsəbəsində 0,5 hektar ərazidə kinoa əkini həyata keçirilib. Əkini muxtar respublika­nın Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri aparıblar. Kinoa yerli torpaq iqlim şəraitinə uy­ğunlaşarsa və məhsuldarlığı yüksək olarsa, gələcəkdə onun əkinlərinin genişləndirilməsi nəzərdə tutulur.

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat