İstər qadın, istərsə kişi enerjisi olsun, bunların arasında balans yaratmaq həyatda “tarazlığı” tapmaq üçün çox vacib amillərdəndir. Əgər siz bunun çatışmazlığını hiss edirsinizsə və enerjinizi artırmaq istəyirsinizsə, oxuyun!
Cinsindən asılı olmayaraq, hamımızda kişi və qadın enerjiləri var. Bu enerjilər bəzən tarazlıq nöqtəsindən uzaqlaşır və onlardan birinin daha dominant olduğu bir nöqtədə dayanır. Əsas məqsəd orta yolu tapmaq olsa da, bəzən kişi enerjisi daha az, qadın enerjisi isə daha dominant ola bilir. Bəs, bu halda kişi enerjinizi necə artıra bilərsiniz?
Enerji nədir?
Güclü tərəfləri – iradə, aydınlıq və diqqət olan bir enerji növü əslində kişi enerjisidir. Məntiq və analitik düşüncə kimi xüsusiyyətlər kişilərə xasdır. Qaydalar qurmağı sevən bu enerjiyə sahib insanlar, məntiqlərini necə işlətmək mövzusunda daha strateji düşünürlər və bu qaydalar çərçivəsində daha sərt münasibət sərgiləyirlər.
Enerjinin əskik olduğunu başa düşdüyünüz zaman bu üsullara əməl edə bilərsiniz. Burada çalışmaq, işləmək və uğur qazanmaq üçün hədəflərin qoyulması nəzərə çarpır:
Qətiyyətli olun
İş həyatınızdan tutmuş şəxsi həyatınıza qədər bəzi məsələlərdə qərarsız ola bilərsiniz. Qərar verməkdən qorxmayın. Bir mövzuda bunun doğru olduğuna inanırsınızsa, çəkinməyin və fikrinizi söyləməkdə davam edin.
İşə keçin
Qəbul etdiyiniz qərarları həyata keçirməkdən qorxmayın. Qərar verdiyiniz hərəkətləri yerinə yetirərkən konsentrasiya problemi ilə üzləşə bilərsiniz. Bunun üçün meditasiya və nəfəs məşqlərindən istifadə edə bilərsiniz.
Özünüzə güvənin
Qərarlarınızı daim sorğu-sual etdiyiniz zaman özünüzə olan inamın azaldığını görmüsünüzmü? Özünüzü olduğunuz kimi qəbul edin, qərar verin və hərəkətə keçmək üçün ən vacib addımları atın.
Yollar axtarın
Məntiq və analitik təfəkkürünüzdən istifadə edərək problemlərinizin öhdəsindən gələ bilərsiniz. Sizə verilən tapşırıqlar üzərində uzun-uzadı düşünmək əvəzinə, onları necə həyata keçirə biləcəyinizi və onları ən rahat şəkildə necə aradan qaldıracağınızı düşünün.
Sevincinizi paylaşın
Təkliflər irəli sürməkdən, insanları xoşbəxt etməkdən və fikir bildirməkdən qorxmayın. Bütün bunları edərkən özünüzə daha çox güvəndiyinizi anlayacaqsınız. İnsanlara güclü və bacarıqlarınızı göstərməkdən çəkinməyin.
Nizamla yaşayın
Həyatınızın hər sahəsində qaydalara sahib olun və bu qaydalar çərçivəsində hüdudlarınızı təyin edin. Söhbət bu sərhədlərin divar kimi olmasından getmir, sizin həyatınızın axarını asanlaşdıracaq sərhədlər olmalıdır. Rutinlərinizi pozmayın və nizamlı yaşamağa çalışın.
Əziz oxucu! Bütün bu sadalananlara əməl etdiyiniz zaman, əslində, xoşbəxt olmaq üçün çox şeyə ehtiyacınızın olmadığını anlayacaqsınız. Kiçik sevinclər belə sizə özünüzü güvəndə hiss etməyinizə yetəcək…
Səadət RZAYEVA, “Xalq qəzeti”

