Qarabaşağın qida rasionunda olması bir çox xəstəliyin profilaktikası effektini təmin edir. Mütəxəssislər qarabaşağın orqanizmə xeyirli xüsusiyyətləri ilə birlikdə, insanda bədxassəli şişlərin riskini artıran mənfi dəyişikliklərin qarşısını almaq üçün faydalı olduğunu iddia edirlər. Bu effekti qarabaşağın tərkibində bir çox faydalı molekulun olması ilə əlaqələndirirlər.
Qarabaşaq orqanizmi diabet, artıq çəki və qocalmaya qarşı müdafiə edir. Pəhriz həkimlərinin fikrincə, qarabaşağın böyük üstünlüklərindən biri onun aşağı kalorili olmasıdır. Bu, onda uzunmüddətli toxluğu təmin etmək qabiliyyəti ilə bir araya gəlir. Yaşı 40-dan yuxarı olanlar üçün qarabaşaq bitki zülalının zəngin mənbəyi kimi faydalıdır.
***
Türkiyəli uzman həkim, ürək və daxili xəstəliklər üzrə professor Canan Karatay insanı 10 yaş cavanlaşdıran meyvənin adını açıqlayıb. Qidalanma ilə bağlı açıqlamaları ilə hər zaman gündəmdə olan həkim bu dəfə gənclik meyvəsi haqqında danışıb. O, kivinin sağlamlıq üçün inanılmaz faydalı olduğunu bildirib. Karatayın sözlərinə görə, kivini səhər yataqdan qalxandan axşam yatana qədər hər vaxt yemək olar.
Professor kivinin dəri hüceyrələrini yenilədiyini və insanı 10 yaş cavanlaşdırdığını deyib. Bildirib ki, kivi həm cavanlaşdırır, həm də sağlam hüceyrələrin sayını artırır. Kivi təbiətdə ən yüksək antioksidant olan sirli meyvədir. Zədələnmiş hüceyrələrin sürətli bərpasını təmin edir. Çində daha çox istehlak edilən kivi çinlilərin cavanlıq sirri hesab edilir. Lutein və zeaksantinlə (karotin piqmenti) zəngin olan kivi qocalmağa meyilli olan hüceyrələri diskvalifikasiya edir və hüceyrələrin yenilənməsini təmin edir.
***
Tədqiqatçı alimlərin fikrincə, mərci orqanizmi xərçəngin bütün növlərindən qoruya bilən qida məhsuludur. Bağırsaq xərçəngi nöqteyi-nəzərindən mərci bağırsağımızın sağlamlığı üçün faydalı olan prebiotik liflə zəngindir.
Onkoloqlar təcrübələrinə əsasən belə qərara gəliblər ki, məsələ mərcinin yalnız bütövlükdə xərçəngin inkişaf riskini azaldan antioksidant və flavonidlərlə zəngin olmasında deyil. Mərcinin tərkibində, həmçinin qan təzyiqi və ürək sağlamlığı üçün faydalı olan fol turşusu və kalium var. Xəstəliklə bağlı qırmızı ətin qəbulunu azaltmağa çalışanlar, onu mütləq mərcinin zəngin olduğu bitki zülalları ilə əvəz etməlidirlər.
Hazırladı: Z.HÜSEYNOVA, “Xalq qəzeti”

