Türkiyə ÜDM ilə dünyada 18-ci yeri tutur

post-img

Türkiyədə uzun müddət nəzərə çarpan volatillik, məzənnə enişləri və inflyasiya kimi mənfi amillərə baxmayaraq, qardaş ölkə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb.

2003-cü ildə 314 milyard dollar ümumi daxili məhsula (ÜDM) ma­lik olan Türkiyə iqtisadiyyatı hazırda 900 milyard dollardan böyükdür. Bey­nəlxalq Valyuta Fondunun hesablama­larına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması göz­lənilir. Bu isə cari ildə Türkiyənin trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qru­puna daxil olacağından xəbər verir. 

Türkiyə “G-20” daxilində ÜDM-nin artım tempinə görə ilk beşliyə daxil­dir, eyni zamanda, güclü iqtisadiyyata malik ölkə olaraq ÜDM-nin səviyyəsinə görə dünyada 18-ci yeri tutur. 

Yeri gəlmişkən, Türkiyənin son iki ildə ÜDM istehsalı sahəsində əldə etdi­yi göstəricilərə də diqqət yetirmək istər­dik. Belə ki, 2021-ci ildə ölkədə istehsal edilmiş ÜDM 2020-ci illə müqayisədə 11 faiz çox olub. Türkiyə mətbuatının məlumatına görə, təkcə ötən ilin son rübündə iqtisadiyyat illik müqayisədə 9,1 faiz artıb.

Türkiyədə 2021-ci ildə ən çox artım xidmət sektorunda 21,1 faizlə qeydə alınıb. Bu göstərici İKT sektorunda 20,3 faiz, sənayedə isə 16,6 faiz təş­kil edib. Ötən il isə ölkədə adambaşı­na 85,7 min lirə və yaxud 9,5 min ABŞ dolları ÜDM formalaşıb, ÜDM istehsalı 5,6 faiz böyüyərək 905 milyard 501 mil­yon dollara çatıb, adam başına düşən ÜDM istehsalı 10 min 655 dollara bə­rabər olub.

Qeyd edək ki, ötən il Türkiyədə ma­liyyə və sığorta sektoru 21,8 faiz, xid­mət sektoru 11,7 faiz, sənaye isə 3,3 faiz böyüyüb.

Dünyanın nəhəng kompaniya-larından biri olan “Pricewaterhouse Coopers”in apardığı tədqiqatların nə­ticələrinə görə, 2030-cu ilədək Türkiyə iqtisadiyyatı dünyada 12-ci yerə yük­sələcək, ÜDM isə 2,996 trilyon ABŞ dollarına bərabər olacaq.

Hazırda qardaş ölkənin xarici ticarət potensialı 500 milyard dollara çatdı­rılıb. Müdafiə sənayesi üzrə Türkiyə öz tələbatını qarşılamaqdan başqa, İHA, SİHA, Akıncı, quru vasitələri, də­niz platformaları başda olmaqla, 170 ölkəyə müdafiə sənayesi məhsulları ix­rac edən bir ölkə səviyyəsinə yüksəlib, sənaye və texnologiya istiqamətində qurulan 152 yeni mütəşəkkil sənaye zonası, 29 sənaye zonası və 94 tex­noparkla ölkənin istehsal gücü artırılıb, yerli avtomobil TOGG-un istehsalına başlanıb. 

Türkiyə Statistika Təşkilatının mə­lumatına görə, ötən il ixrac 2021-ci illə müqayisədə 12,9 faiz artaraq 254,2 milyard dollar, idxal isə 34 faiz artaraq 363,7 milyard dollar təşkil edib. He­sabat dövründə ixracatda birinci yeri Almaniya tutub. Bu ölkəyə ixrac 21,1 milyard dollar olub. Siyahıda Almaniya­nın ardınca 16,9 milyard dollarla ABŞ, 13,8 milyard dollarla İraq, 13,1 milyard dollarla Böyük Britaniya və 12,4 mil­yard dollarla İtaliya gəlib. İlk 5 ölkəyə ixrac ümumi ixracın 30,4 faizini təşkil edib.

 

V. BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat