Sudanda təyyarə atəşə tutulub

post-img

Dünən Türkiyə vətəndaşlarını təxliyə etmək üçün Sudana uçan hərbi-nəqliyyat təyyarəsi eniş zamanı atəşə tutulub. Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən “Anadolu” agentliyi verib. 

Müdafiə Nazirliyinin məlumatında bildirilir: “Münaqişələrin davam etdi­yi Sudanda qalan vətəndaşlarımızın təxliyəsi üçün Vadi-Seyidna hərbi ba­zasına gedən C-130 tipli təyyarəmizə yüngül silahlarla atəş açılıb. Təyyarə­miz xəsarətsiz eniş edib. Heyət üzvləri arasında xəsarət alan olmayıb”.

“Al-Hadath” telekanalının yaydığı məlumata görə, Türkiyə təyyarəsinə Sudanın Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) atəş açıb və nəti­cədə heyət üzvlərindən biri yaralanıb. Çevik qüvvələr tərəfindən insidentlə bağlı şərh verilməyib.

Sudan Silahlı Qüvvələrinin Baş Qərargahı da Türkiyənin C-130 “Qer­kules” təyyarəsinin Çevik Reaksiya Qüvvələri tərəfindən atəşə tutulduğunu təsdiqləyib. Bununla bağlı məlumatda deyilir: “Təxliyə üçün gəlmiş təyyarə aprelin 28-də Vadi-Seyidna aviabaza­sına enərkən atəşə tutulub. Nəticədə, təyyarənin yanacaq çəni zədələnib və heyət üzvlərindən bir nəfər yaralanıb”. 

Məlumata görə, təyyarə səhər tez­dən 07-25-də eniş enib. Dəymiş ziyan təcili olaraq aradan qaldırılıb. Baş Qə­rargah “qiyamçıları” təxliyə vaxtı təxri­batlardan çəkinməyə çağırıb. 

“Xalq qəzeti”

Son xəbərlər