Sloveniya ilə Avstriya arasındakı sərhəddə gərginlik

post-img

“Euronews” agentliyi yazır ki, Sloveniya Avstriyanın sərhəd nəzarəti ilə əlaqədar tutduğu mövqeyə görə cavab tədbirləri görməyə hazırlaşır. Avstriya Şengen məkanına daxil olan iki ölkə arasında sərhəd nəzarətinin müddətini artıq 17-ci dəfə uzadıb və bu addım Sloveniya tərəfindən etirazla qarşılanıb. 

Sloveniyanın Avstriyadakı səfiri Aleksander Qerzina Avstriya mətbu­atına verdiyi açıqlamada bildirib ki, rəsmi Lyublyana vəziyyətlə əlaqədar bütün mümkün cavab tədbirlərini nəzərdən keçirir. Onların arasında Avstriya ilə sərhəd nəzarətini bərpa etmək də var. Sloveniya tərəfi qarşı­dakı yay mövsümündə sərhədlərdə tıxacların yaranacağından narahat­lıq keçirdiyinə görə, problemin yaya qədər həllinə çalışır. 

Hətta Sloveniyanın yeni Preziden­ti Nataşa Musarın bu həftə Vyanaya gerçəkləşən rəsmi səfərinin gündəli­yində duran əsas məsələlərdən biri də məhz sərhəd nəzarəti olub. Döv­lət başçısı sərhəd-keçid məntəqələ­rində nəzarəti sərhədboyu ərazilər­də nəzarətlə əvəzləməyi və bu yolla avtomobillərin maneəsiz hərəkətinin təmin olunmasını təklif edib.

Sloveniyanın səfiri bildirib ki, Av­ropa Məhkəməsi də Avstriyanın bu yanaşmasını qeyri-qanuni hesab edib və eləcə də sərhəd nəzarəti qa­nunsuz miqrasiyanın azalmasına tə­sir göstərmir.

Avstriyanın daxili işlər naziri Qer­hard Karner qonşu ölkənin mövqeyi ilə tanış olduğunu, lakin miqrasiya ilə əlaqədar sərhəd nəzarətinin qüvvədə saxlanılacağını vurğulayıb.

Qeyd edək ki, Avstriya və Sloveni­ya arasında sərhəd nəzarəti 2015-ci ildən tətbiq olunur. Avstriya bu qərarı Qərbi Balkan marşrutu ilə baş tutan qanunsuz miqrasiya ilə əlaqələndi­rir. Ötən il cəmi 60 nəfərin, cari ildə 13 nəfərin qeyri-qanuni miqrasiya­ya cəhdini nəzərə alaraq, Sloveniya tərəfi sərhəd nəzarətinin qeyri-effek­tiv olduğunu iddia edir.

“Xalq qəzeti”

Son xəbərlər