BMT: “Taliban”ın qadınlara qarşı qadağaları yolverilməzdir

post-img

İki gün əvvəl BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) keçirilən iclasda Əfqanıstanda qadınların Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki qurumlarında çalışmasına qoyulan qadağanı pisləyən qətnamə qəbul edilib. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb. 

Xəbərdə deyilir ki, TŞ-nin daimi və qeyri-daimi üzvləri “Taliban”ı qadın və qızların fundamental azadlıqlarını məhdudlaşdıran siyasət və əməlləri “tezliklə dayandırmağa” çağırıblar.

Qeyd etmək lazımdır ki, sənəd TŞ-nin hazırda qeyri-daimi üzvləri olan Birləşmiş Ərəb Əmirlikləri və Yaponiya tərəfindən hazırlanıb. Qətnamənin mü­zakirəsi zamanı Əfqanıstanda insan hüquqlarına və əsas azadlıqlara məhəl qoyulmaması ilə bağlı dərin narahatlıq ifadə olunub. 

Sənəddə, həmçinin qeyd edilib ki, “Taliban”ın əfqan qadınlarının Əfqa­nıstanda BMT-də çalışmasını qadağan edən son qərarı təşkilatın bu ölkədəki əməliyyatlarına, o cümlədən həssas sosial təbəqələrə yardım və əsas xid­mətlərin çatdırılmasına mənfi təsir edə­cək.

Əfqanıstan rəsmiləri isə qadınların BMT-nin yerli ofislərində çalışması­nın qadağan edilməsi qərarının “daxili məsələ” olduğunu bildiriblər. Xatırladaq ki, 2021-ci il avqustun 15-də Əfqanıs­tanda “Taliban”ın hakimiyyətə qayıdışı, ardınca beynəlxalq maliyyə yardımının kəsilməsi bu ölkəni ağır iqtisadi, huma­nitar problemlərlə üz-üzə qoyub. 

Bir çox ekspertlər bildirirlər ki, gö­türdükləri öhdəliklərə baxmayaraq, “Taliban” hərəkatı ölkədə insan hüquq­larına davamlı hücumlar həyata keçirir. Belə ki, qadınlar və qızlar bir çox fun­damental hüquqlarından, o cümlədən təhsil hüququndan məhrum ediliblər, onlar ictimai həyatdakı fəaliyyətlərin­dən uzaqlaşdırılıblar. 

Yeri gəlmişkən, ABŞ-ın BMT-də­ki nümayəndəsi Linda Tomas-Qrinfild sözügedən qətnamənin yekdilliklə qə­bul edilməsindən sonra verdiyi açıqla­mada Şuranın “Taliban”a açıq mesaj göndərdiyini və onların əfqan qadın və qızlarına qarşı məhdudiyyətləri pislədi­yini bildirib. 

Amerikalı siyasətçi sonda bu söz­ləri əlavə edib: “Əfqanıstan qadınla­rı və qızları insan hüquqlarından və əsas azadlıqlardan məhrum edilərkən beynəlxalq ictimaiyyət kənarda qalma­yacaq. Bu sərt qərarlar Əfqanıstanın sabitliyə, iqtisadi rifaha və gələcək inki­şafa nail olmasına mane olur”.

“Xalq qəzeti”

Son xəbərlər