Görkəmli oftalmoloq-alimin yubileyi ölkəmizdə geniş qeyd olunub

post-img

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.


Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var.
Çıxış edənlər Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyətindən söz açıblar. Onun sədaqətli həyat yoldaşı, qayğıkeş ana, gözəl tibb xadimi olduğu vurğulanıb.

***

Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Respublika Perinatal Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu günü Azərbaycan elminin böyük bayramı kimi dəyərləndirərək bildirib ki, Zərifə xanım Əliyevanın rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara, onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb.
Diqqətə çatdırılıb ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunlarının komandanlığında akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd olunduğunu xatırladaraq görkəmli alimin mənalı ömür yolundan danışıblar.
Diqqətə çatdırılıb ki, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Sonra tədbirdə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “İşığa aşiq ömür” adlı film nümayiş olunub.

***

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Azərpoçt” MMC tərəfindən poçt markası dövriyyəyə buraxılıb.
Zərifə Əliyevaya həsr olunmuş xatirə markası bir markadan ibarət blok şəklində hazırlanıb və Belarus Respublikasının “Bobruisk Integrated Printing House” mətbəəsində 4000 tirajla çap edilib.
Markanın dizaynının müəllifi Nəriman Məmmədzadədir.

***

Gəncədə oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib.
Heydər Əliyev adına Meydanda 2500 nəfərin iştirakı ilə baş tutan fləşmobda könüllülər, şəhərin ali təhsil müəssisələrinin tələbələri birlikdə “Zərifə Əliyeva-100” yazısını əks etdiriblər.

***

Naxçıvan Qarnizonu tam orta məktəbində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov və digər çıxış edənlər Zərifə xanım Əliyevanın həyatı və tibb elminə bəxş etdiyi əvəzsiz xidmətlərindən danışıblar.











Sosial həyat