Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət əmlakının özəlləşdirilmə­si haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbir­lər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, mad­də 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; 2019, № 3, maddə 413, № 5, maddə 826, № 6, maddə 1036; 2021, № 1, maddə 41; 2022, № 5, maddə 455, № 12, maddə 1443; 2023, № 1, maddə 75; Azərbaycan Respublikası Prezidenti­nin 2023-cü il 30 mart tarixli 2077 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərən­camında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edil­miş qeyri-yaşayış sahələrinin özəlləşdiril­məsi Qaydaları”nın 4.2-ci bəndinin onun­cu abzası on birinci abzas hesab olunsun və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

“Qeyri-yaşayış sahələrinin özəlləşdiril­məsi üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnfor­masiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün ol­duqda, həmin sənədlər və ya məlumatlar icarəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İn­formasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi icarəçinin razılığı ilə sorğu əsa­sında müvafiq dövlət qurumundan tələb olunur və ya icarəçi tərəfindən təmin edi­lir.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə sa­tışı Qaydaları” üzrə:

2.1. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

“3.4-1. Bu Qaydaların 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İn­formasiya Sistemi vasitəsilə müvafiq döv­lət qurumundan əldə edilməsi mümkün ol­duqda, həmin sənədlər və ya məlumatlar hərracda iştirak etmək istəyən şəxslərdən tələb edilmir. Belə sənədlərin və ya mə­lumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi hərracda iştirak etmək istəyən şəxslərin razılığı ilə sorğu əsasında müvafiq döv­lət qurumundan tələb olunur və ya həmin şəxslər tərəfindən təmin edilir.”;

2.2. 3.6-cı bəndin dördüncü abza­sına “tam şəkildə təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydaların 3.4-1-ci bəndinin müddəaları nəzərə alınmaq­la)” sözləri əlavə edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları” üzrə:

3.1. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. Hərracda iştirak etmək üçün nəzərdə tutulan sənədlərin Elektron Hö­kumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edil­məsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifariş­çinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya si­farişçi tərəfindən təmin edilir.”;

3.2. 3.6-cı bəndin dördüncü abza­sına “tam şəkildə təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydaların 3.3-1-ci bəndinin müddəaları nəzərə alınmaq­la)” sözləri əlavə edilsin. 

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Fərmanlar