Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

9 dekabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidenti­nin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, mad­də 706; 2001, № 10, maddə 640; 2006, № 5, maddə 409, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2020, № 12 (I kitab), maddə 1477; 2023, № 1, maddə 69) ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 24-1-ci bənd əlavə edilsin:

“24-1. Daşınmaz dövlət əmlakı barə­də məlumat almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edil­mir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müva­fiq dövlət qurumundan tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Fərmanlar