Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidenti­nin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, mad­də 514; 1999, № 5, maddə 306; 2000, № 12, maddə 844; 2001, № 7, maddə 464, № 10, maddə 640; 2002, № 8, maddə 480; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2022, № 12, maddə 1431) ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri­nin satılması qaydaları haqqında Əsas­namə”yə aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:

“12-1. Torpaq sahəsini almaq üçün tələb olunan sənədlərin və ya məlumatla­rın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçi­sindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnfor­masiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təq­dim edilməsi özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumun­dan tələb olunur və ya həmin mülkiyyətçi tərəfindən təmin edilir.”.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Fərmanlar