Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçi­rildiyi vurğulandı.

Azərbaycanda yol hərəkəti təhlükə­sizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi is­tiqamətində görülən işlərə dair fikir mü­badiləsi aparıldı.

Eyni zamanda, Azərbaycan Avtomo­bil Federasiyası ilə Beynəlxalq Avtomo­bil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər