Tərtərdə növbəti mina partlayışı: bu dəfə 3 soydaşımız həyatını itirdi

post-img

Dünən Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazisində tank əleyhinə mina partlayışı nəticəsində 3 nəfər həlak olub. Bu barədə Baş Prokurorluqdan aldığımız məlumatda bildirilir. 

Həlak olanlar “RPS Energy Ltd.” şirkətinin əməkdaşları Səxavət Gözəlov, Nadir Yusifov və Fərid Sədiyevdir. 

Xatırladaq ki, Vətən müharibəsi bitəndən sonra Ermə­nistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində 298 nəfər hərbi qulluqçu və mülki şəxsdən 54-ü həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Xalq qəzeti”

Son xəbərlər