Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konsti­tusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələ­rini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri­nin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Cansu Bektaş

Qamze Altun

Nuray Güngör.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Sərəncamlar