Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitu­siyasının 109-cu maddəsinin 32-ci bən­dini rəhbər tutaraq, “Milli arxiv fondu haqqında”, “Dövlət qulluğu haqqında”, “Mülki dövriyyədə olmasına yol veril­məyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Dövlət sirri haqqında”, “Qeyri-dövlət (özəl) mü­hafizə fəaliyyəti haqqında” və “Azərbay­can Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barə­də” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 668-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Milli arxiv fondu haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanına (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 430; 2006, № 8, maddə 435; 2013, № 8, maddə 899; 2016, № 3, maddə 464; 2022, № 8, maddə 872) aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Qanunun 8-ci mad­dəsinin üçüncü hissəsində nəzərdə tu­tulmuş müvafiq icra hakimiyyəti orqan­larının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azər­baycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Res­publikasının Müdafiə Nazirliyi, Azərbay­can Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Res­publikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükə­sizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi həyata ke­çirirlər;”.

 

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Fərmanlar