Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitu­siyasının 109-cu maddəsinin 32-ci bən­dini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Preziden­tinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 577; 2008, № 12, maddə 1063; 2014, № 11, maddə 1421; 2016, № 2 (II kitab), maddə 241; 2023, № 1, maddə 69) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqla­rın mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hər­raclarının keçirilməsi Qaydaları”na aşa­ğıdakı məzmunda 9-1-ci bənd əlavə edilsin:

“9-1. Bu Qaydaların 9-cu bəndində göstərilən sənədlərin və ya məlumat­ların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət quru­mundan əldə edilməsi mümkün olduq­da, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənəd­lərin və ya məlumatların Elektron Hö­kumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hal­larda onların təqdim edilməsi ərizəçi­nin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Fərmanlar