Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitu­siyasının 109-cu maddəsinin 32-ci bən­dini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezi­dentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 499; 2014, № 11, maddə 1423; 2015, № 9, maddə 1007; 2016, № 2 (II kitab), maddə 235; 2019, № 5, maddə 826; 2021, № 1, maddə 38; 2023, № 1, maddə 70; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2077 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Daşınmaz dövlət əm­lakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nda aşağı­dakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

“2.7-1. Bu Qaydaların 2.6-cı və 2.7-ci bəndlərində nəzərdə tutulan sənəd­lərin və ya məlumatların Elektron Hö­kumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edil­məsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edil­mir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olma­dığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olu­nur və ya sifarişçi tərəfindən təmin edi­lir.”.

2. 2.8-ci bəndin birinci abzasına ikinci halda “təqdim edilmədikdə” söz­lərindən sonra “(bu Qaydaların 2.7-1-ci bəndinin müddəaları nəzərə alınmaq­la)” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Fərmanlar