Kolonnadan kolonializm

post-img

Cənubi Qafqaza səfər reallaşdıran Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər onu göstərir ki, beynəlxalq siyasi nüfuzunu itirməkdə, qlobal güclər tərəfindən qeyri-ciddi qarşılanmaqda olan rəsmi Paris, Ermənistanın avantürist niyyətinə dəstəkdə israrlıdır. Acınacaqlı hal budur ki, Fransa özünün erməni sevdası naminə bütün beynəlxalq hüquq normalarını tapdalamağa hazırdır. 

Əslində, Kolonnanın söylədikləri təəc­cüblü sayılmamalıdır. Bir ölkə ki, XXI əsrdə Afrika xalqlarına münasibətdə quldarlıq döv­rünün yazılmamış vandal qanunları ilə hərəkət edir, ondan başqa nə gözləyəsən ki? Hüquq­mu? Ədalətmi? Yox, mümkünsüzdür... Bəli, nə Ermənistanla “bacılıq” siyasətinin müasir ilhamvericisi qismində çıxış edən Prezident Emmanuel Makrondan, nə də onun emissarı olan K.Kolonnadan elə bir gözləntimizi yox­dur. Söylədiklərindən də qətiyyən narahat deyilik. Sadəcə, bəzi məqamlar var ki, onları mütləq qaydada diqqətə çatdırmaq lazımdır. Bu, xaricdə kimlərinsə Fransa XİN rəhbərinin bildirdiklərini ehkam kimi qəbul etməməsi üçün vacibdir. Eyni zamanda, heç kəs dü­şünməsin ki, Kolonna kimilərinin, eləcə də onların Parisdəki dostlarının Cənubi Qafqaz­da müstəmləkə ambisiyaları gerçəkləşdirmək naminə hansı siyasi oyunlar oynadıqlarından bixəbərik. 

Hazırda Cənubi Qafqazda “sülh zən­gulələri” vuran, erməni təəssübkeşliyinin sarı simlərinə toxunan Fransa 44 günlük müha­ribənin sonuna yaxın Azərbaycan ərazisinə, daha doğrusu, Qarabağa xüsusi təyinatlılar - desant qüvvələri yerləşdirmək niyyətində idi. Elə başa düşməyin ki, bu qüvvələr Qarabağ ermənilərini Azərbaycan hərbçilərindən qo­rumaq üçün nəzərdə tutulurdu. Qətiyyən belə deyil. Digər yandan, ordumuzla baş etməyin mümkünsüzlüyünü də anlayırdılar. 

Paris son dərəcə qəddar və avantürist plan gerçəkləşdirmək istəyirdi. İstəyirdi ki, həmin xüsusi təyinatlı birləşmələr Qarabağın ermə­nilər yaşayan hissələrinə daxil olub əhalini kütləvi şəkildə qətlə yetirsinlər və sonradan bunu Azərbaycanın ermınilərə qarşı soyqı­rımı kimi dünyaya car çəksinlər. Bu mənfur məqsədin reallaşdırılması, dəqiq desək, dün­ya çapında ictimailəşdirilməsi naminə Qara­bağa jurnalist dəstələri də cəlb etmişdilər. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə dünya tarixində misli görün­məmiş vəhşiliyin gerçəkləşməsi təxirə salın­dı. Nəticədə Qarabağ ermənilərinin hüquq və azadlıqları kimi ikiüzlü ssenari dövriyyəyə girdi. Kolonna dünənki mətbuat konfransında məhz həmin ssenarinin “incəliklərindən” söz açmışdı. Aydınlıq gətirəcəyik necə... 

Hələlik isə bildirək ki, bir qədər əvvəl diqqətə çatdırdığımız alçaq ssenari fransız zülmkarlığı ilə erməni murdar xislətinin bir-bi­rinə nə qədər oxşadığının təsdiqidir. Tarixdə belə hallar az olmayıb. Erməni millətçiləri 1988-ci ildə Sumqayıtda azərbaycanlılara qar­şı antipatiya yaratmaq məqsədilə oxşar “üsul­dan” yararlanmış, şəhərin erməni əhalisinə qarşı qətllər, zorakılıqlar gerçəkləşdirmişdilər. Beləcə həm də, öz aləmlərində, azərbaycanlı­larla ermənilərin dinc birgəyaşamının müm­künsüzlüyü görüntüsünü formalaşdırmışdılar. Yenə də eyni düşüncədədirlər. Qarabağ ermə­nilərinin Azərbaycan yurisdiksiyası altında yaşamasının mümkünsüzlüyünü bağırırlar. 

Digər tərəfdən, əvvəllər rus ermənipərəst­liyi ilə Fransanın timsalındakı Qərb ermə­nipərəstliyi vəhdətdə idisə və bu vəhdət ye­kun nəticədə Azərbaycan torpaqlarının işğalı reallığını doğurmuşdusa, hazırda birincilərlə ikincilər ziddiyyət içərisindədirlər. Baxın, xanım Kolonnanın yadına suverenlik, ərazi bütövlüyü kimi dəyərlər düşmür. Əvəzində Qarabağdakı bir ovuc erməni üçün, az qala, dövlət qurulması məsələni ortaya atır. Təbii, bir daha deyək ki, məqsəd heç də həmin ermə­ni azlığın hüquqlarını qorumaq deyil. Başlıca istək erməni avantürizmini və separatçılığını yaşatmaqdır. Bu yaşamın insanların, yəni sı­ravi ermənilərin həyatlarını ağırlaşdırdığı nə Kolonnanın vecinədir, nə də Makronun. Heç Ermənistan dövləti də Qarabağ ermənilərini düşünmür. 

Hazırda Fransanın və Ermənistanın məra­mı iki il yarım öncə planlaşdırılmış və haqqın­da söz açdığımız qətliamı gerçəkləşdirməyə yönəlib. Buna görə tarana gedirlər. Niyyətlə­ri budur ki, Azərbaycanı təxribata çəksinlər, əsaslı güc nümayişinə təhrik etsinlər. Əlbəttə, daha sərhəd avantürist niyyətlər üçün qapalı olduğundan, Qarabağ ermənilərini həyatlarına təhlükə yox kimidir. Hərçənd, bölgədə erməni silahlılarının mövcudluğu reallığını da yaddan çıxarmamalıyıq. Tam mümkündür ki, həmin silahlıların içərisində Fransa jandarmlarından da kimlərsə var. 

Diqqət yetirək, Azərbaycanın Laçın dəh­lizində nəzarət-buraxılış məntəqəsi yarat­masının Bakı ilə İrəvan arasındakı atəşkəs razılaşmasına zidd olduğunu diqqətə çatdıran xanım Kolonna bildirir: “Əgər Azərbaycanın axınların şəffaflığı ilə bağlı narahatlığı varsa, birtərəfli addımlar atmadan, bu məsələyə ya­naşmağın bir sıra başqa yolları mövcuddur. Ədalətli və davamlı dünya, insan hüquqlarına hörmət edən və qoruyan dünya deməkdir”. 

Yəqin, Fransa XİN rəhbərinin yersiz pafo­sunu və ucuz populizmini hiss etdiniz. Azər­baycan otuz ilə yaxın müddətdə torpaqlarının işğal altında olmasından narahat yox, mənəvi zülm çəkib, Kolonna durub söz oyunu ilə məş­ğuldur. Ketrin xanım ölkəsinin ermənipərəst­liyə söykənmiş primitiv baxışını həqiqət kimi sırıyacaq qədər həyasızdır. Nə deyəsən, dünya ədalətli deyil axı belələri sussunlar, danışma­sınlar. 

Sual olunur: Fransa XİN başçısı başqa yollar dedikdə nəyi nəzərdə tutur? Azərbay­can iki ildən çoxdur bəyan edir ki, Laçın yolu ilə qanunsuz silah-sursat, hərbi texnika daşı­nır, ancaq buna məhəl qoyulmur. Nəhayət, ekofəalların aksiyası ilə prosesin qarşısı qis­mən alınanda, Paris Avropa İttifaqını ortaya ataraq, qurumun mülki missiyası adı altında silahlıları Ermənistana doldurur. Bu gün də həmin silahlılar hazır vəziyyətdə dayanıb göz­ləyirlər. Yol budurmu?

Azərbaycan özünün suveren ərazisində (Fransanın rəsmən tanıdığı) sərhəd məntəqəsi qurur, K.Kolonna hadisənin beynəlxalq hüquq baxımından yolverilməzliyindən danışıb sərsəmləyir. Habelə, Azərbaycan neçə vaxt­dır durmadan bildirir ki, Qarabağın erməni əhalisinin dinc şəraitdə, vətəndaş kimi bütün hüquqlardan yararlanaraq yaşamasına təminat verir, Qarabağ ermənilərini Bakıya dəvət edir, yenə əhəmiyyət verən yoxdur, əvəzində Fran­sa XİN rəhbəri onların adət-ənənələrinə hör­mət qoyulmasının vacibliyindən dəm vurur. İki əsrə yaxındır ki, Azərbaycan ərazisində ermənilər yaşayır, heç kəs onlara deməyib ki, adətini kənara qoy, ənənəndən uzaqlaş. Nəin­ki ermənilərin, ölkəmizdəki digər xalqların dininə, dilinə, məişətinə qarşı hər hansı qəsd törədilməyib, bu gün də eyni yol tutulmaqda­dır. Belə bir aşkar reallığı görməzdən gəlmək, ən azından, böyük saxtakarlıqdır ki, bunu Ko­lonna İrəvanda nümayiş etdirdi. 

Azərbaycan ictimaiyyəti K.Kolonnanın Cənubi Qafqaz turnesindən Parisin bölgə ilə bağlı siyasətində müsbət dəyişikliyə dair me­sajların səslənməsini gözləyirdi. Yəni, aza­cıq da olsa, buna inam var idi. Amma XİN başçısının İrəvandakı sayıqlamaları göstərdi ki, Fransadan hər hansı pozitiv yanaşmaya ümid bəsləmək əbəsdir. Kolonna Ermənista­na Makronun “bacılıq” dəstəyini ifadə etmək üçün gəlmişdi. Vəssalam! 

R.AMİN, “Xalq qəzeti”

Siyasət