“Zərifə Əliyeva ömrünün işığı”nda

post-img

Dünən Nizami Kino Mərkəzində Nəsimi Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Zərifə Əliyeva ömrünün işığı” adlı yubiley mərasimi keçirildi.

Məclisdə Nəsimi Rayon İcra Ha­kimiyyətinin, YAP Nəsimi rayon təş­kilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təş­kilatların rəhbərləri, şəhid ailələri, mü­haribə əlilləri, QHT rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak etdilər. Əvvəlcə Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı­na aid “Bəyaz işığın Zərifəsi” adlı film nümayiş etdirildi.

Toplantı giriş sözü ilə Nəsimi Ra­yon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq bildirdi ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib. O, özünün parlaq şəxsiyyətində əsl Azər­baycan xanımının keyfiyyətlərini təcəs­süm etdirib. Zərifə xanım qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənə­viyyat sahibi olub. 

Ümummilli lider Heydər Əliyev hə­yatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu, iki parlaq şəxsiyyətin ailə həyatı nümunə idi. Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Onun fəxri adları, elmi dərəcələri, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bunlar sırasında ən şərəflisi Ana adıdır. Ulu öndərin əsası­nı qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanist missiyası bu gün möhtərəm Prezidentimiz İlhamƏliyev və Birinci vitse-prezident Meh­riban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

1 nömrəli Bakı Tibb Kollecinin di­rektoru, tibb üzrə fəlsəfə doktoru Nailə Əliyeva çıxışında qeyd etdi ki, Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tə­dqiqat işləri aparmaqla kifayətlənməyib. O, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlə­rin ixtisaslarının artırılması işinə də xü­susi diqqət yetirib.

Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı funda­mental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Bütün bu uğur­ların kökündə isə Zərifə xanımın aldığı həyat dərsi dayanırdı.

Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Azər Süleyma­nov Zərifə Əliyevanın həyat və fəaliy­yətindən danışaraq bildirdi ki, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi- tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əli­yeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq gö­rülüb. 

Zərifə xanım Əliyevanın anadan ol­masının 100 illiyi ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəb­liyə optik göz eynəkləri təqdim edildi.

Tədbir bədii hissə ilə davam etdirildi.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Sosial həyat