Azərbaycan kibertəhlükəsizlik üzrə Avropa Konvensiyasına qoşulub. Ölkəmizdə kibertəhlükəsizlik yüksək səviyyədə təmin olunur.
"Xalq qəzeti" xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə "Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri. Ölkə üzrə kibertəhlükəsizliyə və kibercinayətlərə ictimai münasibətlər" konfransında səsləndirib.
E. Vəlizadə bildirib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının hazırladığı kibertəhlükəsizlik üzrə sonuncu indeksdə Azərbaycan 169 ölkə arasında 15 pillə irəliləyərək 40-cı pilləyə yüksəlib.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"