Erməni hakerlər Azərbaycanın 20-yə yaxın dövlət saytına hücum təşkil ediblər

post-img

2022-ci ilin yanvarında erməni hakerlər Azərbaycanın 20-yə yaxın dövlət saytını, ABŞ-ın Bakıdakı səfirliyinin və bir sıra beynəlxalq təşkilatların saytlarını hədəfə alıb, rəsmi Bakıya, xüsusilə keçmiş Prezident Heydər Əliyevə qarşı düzgün olmayan və təbliğat xarakterli materiallar yerləşdirərək Qafqaz regionunda rəqəmsal münaqişələrin genişlənməsinin əsasını qoyub.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Avropa Birliyinin, Avropa Şurasının və Sosial Tədqiqatlar Mərkəzinin birgə hesabatında bildirilir.

“2012-ci ilin yanvarında müəyyən xəbər agentliklərinin internet saytları da dövlət əleyhinə fikirlərin yayılması məqsədini güdən hücuma məruz qalmışdı. Digər bir araşdırmaya əsasən, “Staksnet" (Stuxnet) adlı "kompüter qurdu"nun hücumu dünyanın bir çox dövlətlərini təsirə məruz qoyduğu kimi Azərbaycan ictimaiyyətinin diqqətini kibertəhlükəsizliklə bağlı məlumatlılıq mövzusuna cəlb edib. "Staksnet" əsasən İrandakı kompüter şəbəkələrinə qarşı yönəlmişdi, lakin Azərbaycan daxil olmaqla bir sıra digər ölkələrdə də aşkarlandı. Şübhəsiz ki, effektiv əks-tədbirlərlə operativ reaksiya nəticəsində bu "kiber-raket"in ("cyber-missile") yaratdığı ziyan məhdudlaşdırılsa da, "Staksnet" hadisəsi Azərbaycanda kiberməkanın mövcud müdafiə vasitələrinə xəbərdarlıq mahiyyəti daşıdı", - deyə hesabatda qeyd olunub.


Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"







Sosial həyat