Görkəmli oftalmoloqun yubiley tədbirləri davam edir

post-img

Qərbi Azərbaycan İcmasında görkəmli oftalmoloq alim, ictimai xadim akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Zərifə Əliyeva: mənəvi ucalıqdan doğan işıq” mövzusunda konfrans keçirilib. 

Qərbi Azərbaycan İcması Ağ­saqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov Zərifə xanım Əliyevanın həyatının böyük bir hissə­sini Azərbaycanda geniş yayılan göz xəstəliklərinin müalicə və profilaktika­sına həsr etdiyini, oftalmologiya elmi­nin inkişafına dəyərli töhfələr verdiyini, yüksəkixtisaslı kadrların yetişdirilmə­sində böyük əməyinin olduğunu bildi­rib. 

İcmanın Qadınlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Zərifə Əliyevanı bütün ömrü boyu xalqı üçün çalışan həkim, alim olmaqla ya­naşı, həm də bir qadın və ana kimi xa­rakterizə edib. Bildirib ki, Zərifə xanım nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazının parlaq təcəssümüdür. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpər­vərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın xarak­terinin əsas cizgiləridir. 

Milli Məclisin deputatı Məlahət İbra­himqızı, professor Paşa Qəlbinur aka­demik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlə­rindən söz açıblar.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində də akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Agentliyin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyası­nın Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdi­ri, agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə­sinin sədr müavini Sədaqət Qəhrə­manova, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, Respublika Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçü­sü Fatma Səttarova və digərləri çıxış edərək akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahə­sinin inkişafına əhəmiyyətli töhfələr verdiyini bildiriblər. 

“Xalq qəzeti”



Sosial həyat