Süni zəka opera ifa edəcək

post-img

Dünya opera tarixində vokal ifaçıları ilə yanaşı, süni zəka (AI) maşınları da ilk dəfə səhnədə çıxış edəcək.

Drezden Opera Teatrının ərsəyə gə­tirdiyi əsər süni intellektin (AI) ifasında operasevərlərə təqdim olunacaq. Yeddi hissəli operanın səhnələrindən birində süni zəka maşınının təkbaşına ifa edəcə­yi, digərlərində isə opera ifaçılarının da öz ifaları ilə süni zəkaya dəstək olaraq opera səhnəsində möhtəşəm performans sər­giləyəcəkləri gözlənilir.

“Şəlalələri təqib etmək” adlı opera əsəri süni intellektin musiqinin və mətnin hissələrini canlı şəkildə ifa edəcəyi ilk opera olacaq. Baş rolda olan personaj süni intellekt tərəfindən idarə olunan 8 metrlik kinetik işıqlı heykəl kimi görünə­cək. Bu süni zəka növü dünyada ilk dəfə mahnı bəstələmək, oxumaq və müxtəlif rollarda ifa etmək üçün yaradılıb.

Opera mütəxəssisləri qeyd edir ki, insanlar və robotlar arasındakı qarşılıqlı əlaqə olduqca valehedici təsir bağışlayır. Göydə rəqs edən işıq nöqtələri insanla­ra emosional olaraq toxunur. Biz bu işıq selinə qərq olmaya bilmirik və incəsənət sahəsində də yeni inkişaf mexanizmlərini bədii şəkildə anlamağa çalışırıq.

İncəsənət əsərləri yaratmaq üçün süni zəka tətbiqləri çoxalır. Bir sıra mütəxəs­sislər eyni yaradıcı yanaşmanın musiqiyə də tətbiq oluna biləcəyinə inanır

Opera əsərinin noyabrda Honq-Konq­da keçiriləcək New Vision İncəsənət Fes­tivalında nümayişi gözlənilir.

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat