Novruz bölgələri dolaşır

post-img

GƏDƏBƏY

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında keçirilən Novruz bay­ramı tədbiri şəhər sakinlərinin və ətraf kəndlərdən gələnlərin böyük marağına səbəb olmuş­dur. Ən diqqətçəkən məqam milli adət-ənənələrimizi özündə ehtiva edən sərgilərin, o cümlədən yerli məhsulların nümayiş etdirilməsi, idman yarışlarının keçirilməsi, rəngarəng konsert proqramları, qazilərin də qoşulduğu rəqslər və digər maraqlı tamaşalar olmuş­dur.

Rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov Nov­ruz bayramı münasibətilə sa­kinləri təbrik etmiş, xoş arzula­rını çatdırmış, xalqımızın tarixi adət-ənənələrindən, ümummilli liderimizin milli-mənəvi dəyərlə­rimizə verdiyi önəmdən danış­mışdır. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu bayram dövlət səviyyəsində yüksək əhval-ruhiyyədə qeyd edilməklə yanaşı, dünya azər­baycanlılarının milli bayramına çevrilmişdir.

Novruz bayramını milli birlik bayramı adlandıran dahi lider öz arzularını belə ifadə etmişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri ili Laçında, o biri ili Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirə­cəyik. Əminəm ki, belə də ola­caqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azər­baycan xalqına rəhbərlik edirəm.” 

Rayon rəhbəri qeyd etmişdir ki, cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən doğma Qarabağımız­da, Şuşanın Cıdır düzündə 28 illik həsrətdən sonra bayram tonqalı­nın yandırılması ulu öndərin arzu­larının təntənəsi idi.

QAZAX

Düşmənlə 168 kilometr sər­həddə yerləşən Qazax rayonu torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə 344 nəfər şəhid verib.

Hər bayram və əziz günlər­də olduğu kimi, bu dəfə də şəhid ailələri unudulmayıb, rayon icra hakimiyyəti tərəfindən “Qazax” şadlıq evində onlar üçün Novruz süfrəsi açılıb. 

Tədbirdə rayon icra hakimiy­yətinin, hüquq-mühafizə orqan­larının rəhbərləri, icra hakimiyyəti aparatının işçiləri, ictimaiyyət nü­mayəndələri, Milli Məclisin depu­tatı, şəhid ailələri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarə­sinin Qazax bölgə qazisi, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına yasin oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla anılıb. 

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirində çıxış edərək şəhid ailələrini Novruz bayramı müna­sibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək bol ruzi və bərəkət arzulayıb. 

AĞSTAFA

Ağstafa şəhərinin Heydər Əliyev adına mədəniyyət və isti­rahət parkında nümayiş etdirilən eksponatlar, rəsm, əl işlərindən ibarət sərgilər, xalqımızın qədim mətbəxinə, məişətinə həsr olu­nan guşələr böyük həvəslə izləni­lib. Yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında milli rəqs, aşıq sənəti və digər folklor nümunələri, həmçinin id­man klublarının nümunəvi çıxış­ları da böyük marağa səbəb olub. 

RİH başçısı bayram çıxışın­da bolluq, bərəkət rəmzi olan Novruz bayramı münasibətilə hər kəsi təbrik edərək deyib ki, baha­rın Azərbaycan torpağına builki gəlişinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə üst-üstə düşməsi hər bir azərbaycan­lının qəlbində böyük qürur hissi və xüsusi bayram əhval-ruhiyyəsi alovlandırır. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mü­haribəsində Şanlı Ordumuzun qazandığı tarixi Zəfər Vətənimizin ərazi bütövlüyü naminə canların­dan keçmiş şəhidlərimizin ruhu­nu şad, doğma yurd yerlərimizi azad etdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində UNESCO-nun qeyri-maddi mə­dəni irs siyahısına daxil edilmiş Novruz bayramını ərazi bütövlü­yünü təmin etmiş qalib dövlət və məğrur xalq kimi artıq üçüncü ildir ki, qeyd edirik.

TOVUZ

Tovuzun Heydər Əliyev mey­danında Novruz bayramı müna­sibətilə ümumrayon şənliyi keçi­rilmişdir.

Meydanın mərkəzində quraş­dırılmış rəmzi tonqal qalanmış, idmançıların iştirakı ilə tamaşalar nümayiş etdirilmiş, milli oyun­lar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi iştirakçılara təq­dim olunmuşdur. 

Tovuz Rayon İcra Hakimiy­yətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictima­iyyət nümayəndələri meydanda sərgilənən Novruz adət-ənənələ­ri ilə tanış olmuş, şəhid ailələ­rini,qaziləri və sakinləri bayram münasibətilə təbrik etmişlər.

Tədbirdə RİH başçısı çıxış edərək tovuzluları və qonaqla­rı bayram münasibətilə təbrik etmiş, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qo­runub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun la­yiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vur­ğulamışdır. 

Bayram şənliyi rayon mədə­niyyət mərkəzinin bədii özfəa­liyyət kollektivinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilmişdir.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

18-4.jpg

18-5.jpg

Sosial həyat