Sənədlərin qəbulu martın 17-dən başlanacaq.
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AZƏRTAC-a bildirilib ki, birnəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.
Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək.
Həcc ziyarətinə getmək üçün aşağıda qeyd olunan sənədlər tələb edilir:
1. Xarici pasport;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;
4. Sağlamlıq haqqında arayış.
Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Sənədlərin qəbulu martın 17-dən başlanacaq.