“WhatsApp” qruplar üçün iştirakçıları təsdiqləmək funksiyası üzərində işləyir. Belə ki, yeni funksiya ilə adminlər qruplara yeni üzv gələndə onu təsdiq edəcəklər. Bununla da, yalnız admin tərəfindən təsdiq edilmiş üzvlər qrupa qoşula biləcəklər.
Qeyd edək ki, qrupa iştirakçı limitinin 1024 nəfər olması bəzən arzuolunmaz şəxslərin də qrupa qoşulmasına səbəb ola bilir. Yeni funksiya sayəsində bu problemin qarşısı almaq mümkün olacaq.
Təsdiqlənməmiş yeni qrup üzvləri “WhatsApp” qrupunun məlumat bölməsində gözlənilən iştirakçılar kimi görünəcəklər. Məhz bu yolla qrup adminləri qoşulmaq istəyən şəxsləri nəzərdən keçirdikdən sonra təsdiq edə biləcəklər.
Hazırda sınaq mərhələsində olan yeni funksiya yaxın vaxtlarda hər kəsin istifadəsinə veriləcək.
Aytən NƏCƏFOVA, “Xalq qəzeti”