Vüqar Süleymanov: İndiyədək 68 min 300 hektar ərazi minadan təmizlənib

post-img

2020-ci ilin noyabrın 10-dan indiyədək 68 min 300 hektar ərazi minadan təmizlənib. 82 min 522 mina aşkarlanaraq zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov fevralın 28-də Ağdamda keçirilən mətbuat konfransında deyib.

Bildirib ki, 282 nəfər mina qurbanı olub, onlardan 46 nəfəri həyatını itirib, 236 nəfəri isə yaralanıb.

Sosial həyat