Novruz bayramının ən əlamətdar günlərindən olan Od çərşənbəsində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Xaçmaz, Quba, Ağdaş, Ağstafa, Tovuz, Şəmkir, Ağcabədi, İmişli, Masallı rayonlarının və Şirvan şəhərinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ümumilikdə 34 min müxtəlif növ ağac tingi əkilib, 125 kiloqram toxum səpilib.
Bu barədə AZƏRTAC-a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov məlumat verib.
Xidmət rəsmisi Novruz bayramının xüsusi günlərindən olan çərşənbələrdə ağacəkmə aksiyalarının keçirilməsinin ölkəmizdə ənənəyə çevrildiyini və ictimaiyyət nümayəndələrinin də həmin tədbirlərdə yaxından iştirak etdiyini vurğulayıb.