“Azəriqaz” sahibkarlarla növbəti görüşünü Gəncə şəhərində keçirəcək

post-img

“Azəriqaz” İB-nin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Gəncə şəhərində təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, aksiya Gülüstan qəsəbəsi, Əziz Əliyev adına parkda baş tutacaq. “Səyyar qəbul otağı” martın 1-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sosial həyat