ÜST: Dörd həftədə dünyada koronavirusdan ölüm hallarının sayı 62 faiz azalıb

post-img

Yanvarın 23-dən fevralın 19-dək olan müddətdə dünyada 5,2 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 48 mindən çox adam bu xəstəlik səbəbindən vəfat edib.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində istinadla xəbər verir ki, bu dövrdə ölüm hallarının sayı əvvəlki 28 günlə müqayisədə 62 faiz, yoluxma hallarının sayı 89 faiz azalıb.

ÜST-nin məlumatına görə, dörd həftə ərzində 5.282.569 yoluxma və 48.691 ölüm faktı qeydə alınıb.

28 gündə koronavirus infeksiyasına ən çox yoluxma faktı ABŞ-da aşkar edilib (1.113.288). Sonrakı yerləri Yaponiya (1.095.815), Çin (635.433), Koreya Respublikası (430.042) və Almaniya (329.229) tutur.

Yanvarın 23-dən fevralın 19-dək ən çox ölüm faktı da ABŞ-da qeydə alınıb (13.517). Sonrakı yerləri Çin (9.945), Yaponiya (6.536), Avstraliya (2.179) və Böyük Britaniya (2 063) tutur.

Sosial həyat