Dialoq məhz hər bir müsir siyasi cəmiyyətin, eləcə də hər bir regionun və bütövlükdə dünyanın ehtiyac duyduğu əsas amildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç deyib.
O bildirib ki, qlobal miqyasda mövcud olan daxili bölünmələri mənalı şəkildə aradan qaldırmaq üçün əvvəlcə onların əsas səbəblərini anlamaq vacibdir. Eyni dərəcədə önəmli olan isə bir-birimizi dinləmək, fərqli baxışları rədd etmək əvəzinə onları qəbul etmək və anlamağa çalışmaqdır. Bu forumda biz həm də göstəririk ki, aramızdakı fərqlər, mahiyyətindən asılı olmayaraq, münaqişəyə səbəb olmamalıdır.

