Xarici işlər naziri Ceyhun Bayramov martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini ilə görüşüb.
XQ xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edib.
Ceyhun Bayramov Moldova XİN rəhbərini qarşılayıb, daha sonra tərəflər arasında ikitərəfli görüş başlayıb.

