Azərbaycan nümayəndə heyəti Ermənistana gedib

post-img

Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri sərhədin delimitasiya olunmuş hissəsi vasitəsilə Ermənistana gəliblər.

XQ xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Bildirilib ki, fevralın 13-14-də Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa keçiriləcək, burada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcəklər. Dəyirmi masaya təşəbbüsün əsas iştirakçıları ilə yanaşı, hər iki tərəfdən daha geniş qrup da cəlb olunacaq.

“Armenpress”in yazdığına görə, Azərbaycan nümayəndə heyəti Ermənistana sərhədin delimitasiya olunmuş hissəsi vasitəsilə səfər edib və bu zaman bütün müvafiq prosedurlardan keçib:

“Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün vacib praktik addımdır.

Müzakirələr zamanı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar regionda formalaşan təhlükəsizlik arxitekturası, sülhün faydaları, iki cəmiyyət arasındakı münasibətlərin ictimai qavrayışı, iqtisadi əməkdaşlıq perspektivləri, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna diqqət yetirəcəklər”.





Siyasət