Yeni tarix yazan lider

post-img

Hələ ən qədim yazılı abidəmiz olan “Avesta” da həyat xeyirlə şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyrin qələbəsi ilə bitəcəyi qeyd olunur. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi bəşərin öz arzusu, öz amalıdır. Bu baxımdan  Azərbaycan ərazilərini Ermənistan işğalından azad etmək üçün aparılan 44 günlük müharibədə qazanılan qələbəni də xeyrin şər üzərindəki qələbə kimi dəyərləndirsək, heç də yanılmarıq.

Fəxarətlə deyə bilərik ki, Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan böyük sərkərdə olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malik,  xeyir simvolu kimi də tarixə düşdü.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə haqqında artıq kitablar yazılır, filmlər çəkilir. Təbii  ki,  burada baş qəhrəman Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevdir. 

Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı, zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının hüdudsuzluğunun  daha bir göstəricisidir. Məhz buna görə də o, çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə, qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.

Onu da qeyd edək ki, xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətlərdir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.

Belə fenomen şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən ümummilli lider xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 22 illik prezidentlik fəaliyyətinin qısa təhlili bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir.

Azərbaycan Prezidenti İlham Əliyevin özünün  dediyi kimi, o, ata vəsiyyətini, ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşməndən azad olunmasını gerçəkləşdirdi.  İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.

Vətənpərvərlik və birlik ideyalarına bağlılıq,  Vətənlə qürur duymaq əsl liderə xas olan xüsusiyyətdir. Bu xüsusiyyətlər ölkəni və xalqı parlaq gələcəyə, dövləti davamlı tərəqqiyə aparır. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu xüsusiyyətləri özündə birləşdirən lider, tarixi şəxsiyyətdir. O, öz xalqının, dövlətinin parlaq gələcəyinin və rifahının qarantıdır.

Müstəqil dövlət quruculuğuna, siyasi sabitliyin möhkəmləndirilməsinə,  yüksək iqtisadi artım templərinə nail olmaq, Azərbaycanın qısa müddətdə dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına qoşulması Prezident İlham Əliyevin xidmətidir.

Otuz ilə yaxın gedən proseslər göstərdi ki, yeni Azərbaycanın böyük salnaməsini yazmaq, xalqın vahid ideya və məqsəd naminə bir araya gəlməsi, sülhün və harmoniyanın möhkəmlənməsi, habelə ölkənin düzgün xarici siyasət kursunun dəqiq müəyyənləşdirilməsi Azərbaycanın beynəlxalq aləmdə yeni qələbəni təmin edən amillərdir. Ən maraqlısı isə odur ki, bütün bu nəaliyyətlər olduqca mürəkkəb geosiyasi reallıqlar fonunda əldə edilib.  

Müstəqil dövlətimizin iqtisadi potensialının əsaslı şəkildə yüksəlməsi, maliyyə imkanlarının maksimum səviyyəyə çatdırılması, Azərbaycanın bölgədə əsas söz sahibinə çevrilməsi müasir tariximizin mühüm reallıqlarıdır. Bu gün ölkəmiz regionun siyasi mənzərəsini dəyişən möhtəşəm layihələrin təşəbbüskarıdır. Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi və prinspiallığı ilə möhtəşəm transmilli enerji və nəqliyyat layihələrinin reallaşmasını təmin etməsi ilə Azərbaycanın çağdaş tarixinin ən şanlı səhifələri yazıldı. Ölkəmiz indi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Azərbaycan beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirir. Zamanın uzaq çağlarında karvanların əhatə addımları ilə tarixə nizam verən qədim İpək Yolu yenə Azərbaycandan keçir. Dünyanın müxtəlif sərhədlərində ayrılan, kəsisən, çarpazlaşan yollar, ziddiyyətli geopolitik maraqlar Azərbaycanda birləşib öz axarında gələcəyə doğru davam edir.  Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə  mühüm yeniliklər gətirəcək. Beləliklə, Azərbaycanın iştirakı ilə yeni bir tarix yazılır. Bütün bunlar, təbii ki, İlham Əliyevin mətin və qətiyyətli addımlarının nəticəsidir.

Azərbaycanın regional siyasətdə və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti getdikcə genişlənir. Beynəlxalq tərəfdaşlar Azərbaycanın gələcəyinə inanır, ölkəmizə, onun rəhbərliyinə etibar edir. Zəngin sərhədlərə malik bu ölkədə böyük perspektivlər görür. Azərbaycanla bağlanmış tərəfdaşlıq müqavilələrinin müddətinin zamanla uzadılması bu inamın, güvənin ifadəsidir. Yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasəti və iqtisadiyyatı haqqında dərin bilikləri, mütərəqqi ideyaları ilə müasir çağda təkcə bir xalqa, dövlətə deyil, ümumən bəşəriyyətə böyük faydalar gətirən Prezident İlham Əliyev beynəlxalq miqyasda sözünün böyük çəkisi olan Liderdir. Azərbaycanın milli maraqları ilə bağlı dünyada  cərəyan edən proseslərə dair Onun öz baxışları var. Heç bir amil Azərbaycan Respublikasının Prezidentini Öz  qətiyyətli mövqeyindən çəkindirmək gücündə deyil. Bütün dünyada onun rəyi ilə hesablaşırlar. Çünki İlham Əliyev yürütdüyü siyasətlə, mürəkkəb qlobal proseslərdə tutduğu düzgün mövqe, ən əsası isə, Azərbaycana qazandırdığı sarsılmaz güc ilə bu münasibətə layiq olub. Azərbaycanın regionda, ümumiyyətlə, dünyada söz sahibi olması, mövqeyinin qəbul edilməsi, zərgər dəqiqliyi ilə hesablanmış balanslı siyasi kursun və diplomatiyanın son nəticədə ölkəmizə böyük siyasi dividentlər  qazandırması məhz bu amildən qaynaqlanır. Nəticədə isə bütün bunların hər biri Azərbaycan vətəndaşının rifahına xidmət edir. Respublikamızın həyat şərtləri, standartları, yaşayış noprmaları getdikcə daha da yüksəlr. İnsanların tələbatları, həyat tərzi yaxşı mənada dəyişir.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bu da xalqın öz səsini  Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verməsi demək idi.. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

İlham Əliyev Prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Dövlət başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.

Olimpiya İdman Komplekslərinin tikilməsi gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəbin tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Bəli, Prezident İlham Əliyev böyük ürəkli, humanist, xeyirxah olmaqla yanaşı, siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini, sadəcə özü bilir.  Zəfərlə bitən Vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru  zamanda, doğru edir. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir.

Nurəngiz  Adilqızı

XQ

 

Siyasət