Prezident: İqtisadi Əməkdaşlıq Təşkilatının daha güclü və daha effektiv olmasına ehtiyac var

post-img

İqtisadi Əməkdaşlıq Təşkilatının daha güclü və daha effektiv olmasına ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

“Əlbəttə ki, biz ölkələrin potensialını bilirik. Onların bir qismi ikitərəfli tərəfdaşlıq formatını daha fəal, digər qismi isə daha zəif dəstəkləyir”, - deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan çoxtərəfli tərəfdaşlıq formatını dəstəkləyir. “Düşünürük ki, Azərbaycanın səyləri yüksək dəyərləndiriləcək. İndi Azərbaycan sədr kimi öz öhdəliklərini yerinə yetirir. Əminəm ki, bu iş də uğurlu nəticə verəcəkdir”, - deyə Prezident əlavə edib.

Siyasət