Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

post-img

Milli Məclisin deputatları - Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvləri Azər Allahverənov və Anar Məmmədov iyulun 19-da bu ölkənin Lefkoşa şəhərinə səfər edəcəklər.

Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinin Sülh və Azadlıq Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

Səfər iyulun 21-də başa çatacaq.

 

Siyasət