Türkiyəli politoloq: Cənubi Qafqazda kommunikasiyaların bərpası Türkiyə iqtisadiyyatı üçün stimul olacaq

post-img

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması həm regional ticarətə yeni təkan verəcək, həm də Anadolunun Qara dəniz limanlarının potensialını açacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Türkiyə Prezident Administrasiyası Sosial Siyasət Şurasının üzvü, politoloq Murat Yılmaz Trabzondakı Qara Dəniz Texniki Universitetində “Zəfərin adı Türkiyədir” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin mühüm hissəsi olacaq Zəngəzur dəhlizi bütün Anadolunun inkişafına müsbət təsir göstərəcək.

Politoloq hesab edir: “Ticarət dəhlizləri hesabına liman şəhərlərinin, o cümlədən Trabzonun strateji rolu artacaq. Yeni iş yerləri açılacaq. Türkiyənin Şərqi Qara dəniz bölgəsindəki vilayətlərin əhalisi artmağa başlayacaq”.

M.Yılmaz Zəngəzur Dəhlizinin İraqın cənubundan Ankaranın dəstəklədiyi “İnkişaf Yolu” dəhlizi ilə birlikdə Türkiyənin, xüsusilə də ölkənin Qara dəniz regionunun iqtisadi profilini dəyişəcəyinə əminliyini ifadə edib.

Siyasət