Prezident İlham Əliyev Zəfər Səlnaməmizin müəllifidir

post-img

Azərbaycanın torpaqlarının işğalın, milyondan çox insanımızın yurd-yuvasından, el-obasından didərgin düşməsini, Azərbaycan iqtisadiyyatına düşmən tərəfindən ağır zərbələr vurulmasının səbəblərindən biri də Azərbaycanın o vaxtki rəhbərlərinin səriştəsizliyi, biganəliyi, eyni zamanda Azərbaycan ordusunun yoxluğu idi. Lakin 1993-cü ildə Azərbaycan xalqının tələbilə rəhbər seçilən Heydər Əliyev öz heyrətamiz siyasi bacarığından istifadə edib zaman-zaman dağıdılmış iqtisadiyyatı bərpa etdi, neft strategiyasının təməlini qoydu, Azərbaycan Respublikası  ilə dünyanın ən nüfuzlu ölkələrini təmsil edən neft şirkətləri arasında saziş imzaladı. Bu isə öz növbəsində Azərbaycanın iqtisadiyyatının heyrətamiz bir şəkildə inkişafı, eyni zamanda suverenliyinin bəyanı idi. Ulu Öndər Qarabağımızın Azərbaycan torpağı olduğunu təkzibedilməz dəlillərlə, tarixi fartkarla,  dünya ictimayyəti qarşısında subuta yetirdi, bu haqda Beynəxalq Təşkilatlarda dörd dəfə Qətnamə qəbul etdirdi, atəşkəsə nail oldu və nəhayət ordu quruculuğuna başladı. Hamı bunu da bilir ki, silahsz əsgər qanadı qırılmış quş kimidir. Dünyanın fiziki cəhətdən ən güclü, ən cəsarətli adamı savaş meydnında silahsızdısa əlindən heç nə gəlmir və tez bir zamanda məhv olur. 

1990-cı il yanvarın on doqquzundan iyirmisinə keçən gecə ermənilərdən, ruslardan təşkil olunmuş Sovet Ordusu silahsız, əliyalın xalqımıza qarşı dəhşətli qətliam törətdi, 1992-ci il 26 fevralda isə dünyada misli görünməmiş soyqırım baş verdi, o zamanın ən müsair hərbi texnikası, tanklarla, zirehli avtomovillərlə, iri çaplı pulyamotlarla, ümumiyyətlə, təpədən-dırnağa qədər silahlanmış, ermənilərdən və ruslardan ibarət 366-cı alay Xocalı şəhərini yandırıb-yaxdı, minlərlə günahsız və silahsız soydaşı qətlə yetirdi, yüzlərlə cocuğu diri-diri yandırdı, hamilə qadınların qarnını süngü ilə deşdi, qocalara, xəstələrə amanzıscasına divan tutdu. Bütün bunlar Azərbaycan ordusunun olmamasından, xalqımıza qarşı qətliamların baş törədicəyindən xəbərsiz olan dinc əhalinin əliyalın olmasından irəli gəlirdi. Nəhayət, xalqın tələbilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev tez bir zaman içində Azərbaycan həqiqətini dünya ictimaiyyəti qarşısında qaçılmaz dəlillərlə bəyan elədi, ən əsası isə  Əsrin Müqaviləsindən peşəkarcasına yararlanıb Azərbaycan neftindən gələn gəlirin bir hissəsini ordu quruculuğuna ayırararaq  Zaqafqaziyada ən güclü ordu yaratmağa nail oldu. Sağlam gənclərimizi qardaş Türkiyədə hərbi təhsil almağa göndərən Ulu Öndər  hərb sənayesini də yaratmağa müvəffəq oldu və Azərbaycan ordusunun hərbi texnikası az zaman içində regionda nümunəvi oldu. 

Məlumdur ki, ingilis, rus dillərində  səlist danışan İlham Əliyev cənabları Heydər Əliyev siyasi kursunun davamçısı kimi yüksək intellektinə, iti şüuruna, dərin zəkasına, heyrətamiz işlədərək düşüncə çevikliyinə malikdir. Məhz Azərbaycanı gözü götürməyən, Azərbaycanın yoxluğunu istəyən, erməniləri hər cəhətdən dəstəkləyən bir sıra dövlətləri öz siyasi bacarığı ilə susmağa məcbur elədi, Qərb media platformasına Azərbaycan gerçəklərini yüzə-yüz anlatdı, beynəlxalq təşkilatların uzun illərdir Azərbaycana qarşı ögey münasibət bəslədiyini təkzibolunmaz dəlillərlə, faktlarla subuta yetirdi,  eyni zamanda  Ermənistan dövlətinə siyasi arenada heç bir şans buraxmadı. 

Lakin yuxarıda qeyd olunduğu kimi hərbi texnilkasız, silah-sursatsız bir xalqın təpədən-dırnağa qədər sialahlanmış cəllad ruhlu işğalçılara qarşı mübarizə aparmağı qeyri-mümkündür. İlham Əliyev cənabları Heydər Əliyevin  ordu quruculuğunu  da uğurla davam etdirdi, eyni zamanda, hərbi sənayenin güclü bir sıçrayışla inkişafına təkan verdi.  Bu məqamda  onun  ordu quruculuğunda, eyni zamanda, hərbi sənayenin inkişafında nə qədər əhəmiyyətli və böyük işlər gördüyünü qısa və konkret şəkildə onun  öz sözlərilə qeyd eləmək olduqca zəruridir:

“Ordu quruculuğu istiqamətində  aparılan işlər prezident kimi mənim fəaliyyətimdə prioilet məsələsidir.  Biz bütün səylərimizi, bütün gücümüzü ona yönəltməliyik ki, ordumuz daha da güclü olsun, daha da peşəkar olsun, ən müsair texnika ilə təhciz edilsin  və istənilən an doğma torpaqları azad etməyə qadir olsun”.[DİN Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar mərasimdəki çıxışından. 12.03.05] 

Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır.[Heydər Əliyev adına Ali Hərbi Məktəbin növbəti buraxılış mərasimindəki çıxışından. 27.06.05]

1993-cü ilə qədər Azərbaycanda demək olar ki, ordu yox idi. Ayrı-ayrı, heç kimə tabe olmayan silahlı birləşmələr siyasi qrupların təsiri altına düşmüşdülər  və bəzi hallarda qeyri-qanuni hərəkətlərə yol verirdilər. Bu sahədə də böyük uğurlar əldə edilmişdir [Mİngəçevir  Şəhər İcra Hakimiyyıtində  keçirilən mşavirədəki çıxışından. 08.06.04].         

Azərbaycan Prezidentinin bu çıxışlarında bir əminlik var idi, o, Azərbaycan Ordusunun gücünə inanır, həm də uzaqgörənliklə gələcəyi, baş verəcək hadisələri görürdü. İlham Əliyev cənabları Azərbaycan Ordusunun  işğalçı erməni ordusunu istənilən zaman yenə biləcəyinə arxayın idi, çünki bu yolda illərlə çalışmış, zəhmət çəkmiş, gecəsini gündüzünə qatmış və işğal olunmuş torpaqları tez bir zamanda azad etmək üçün bütün dünyaya nümunə ola bilən, hərbi-fiziki hazırlığı çox yüksək döyüşçülər yetişməsinə nail olmuşdu. 

Onu da mütləq qeyd etmək lazımdır ki, 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradılması Azərbaycanın taleyüklü bir hadisə oldu. Bununla Azərbaycanın Cənubi Qafqaz,  Orta Asiya və Yaxın Şərqə böyük silah ixracatçısı oldu. 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edildi və 2008-ci ildə cənab Prezidentin göstərişi ilə Azərbaycanda bir neçə hərbi zavod işə başladı. 

Həyata keçirilən tədbirlərin nəticəsi kimi, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin atıcı silahlara olan tələbatı nəzərə alınaraq, piyada və tank əleyhinə minaların, qumbaraatanların, minaatanların, müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalı mənimsənilmiş və seriyalı tədarükünə başlanılmışdır. Məsələn, "Zəfər", "Zəfər-K", "İnam" tapançaları, PKT, PKM, pulemyotları, "Mübariz", "İstiqlal", "Yalquzaq", "Yırtıcı"  snayper tüfəngləri, "Boran" artilleriya qurğusu, "Qaya" tank əleyhinə əl qumbaraatanları, "Komando" tipli "Aşırım" minaatanları,  "Matador" və "Marauder" zirehli hərbi texnikaları keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silah və texnikalardan hesab olunur.

Milli mütəxəssislərin hazırlığı yüksək texnologiyalı hərbi məhsulların daha da təkmilləşdirilməsinə şərait yaradıldı. "Zərbə" , "Orbiter 1", "Orbiter 1 KM" (İti qovan), "Orbiter 2",  "Orbiter 3" kimi PUA-lar məhz milli müdafiə sənayemizin uğurlarıdır. Hazırda PUA-ların, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi və seriyalı istehsalının təşkili ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

 Möhtərəm İlham Əliyev cənabları xarici və yerli informassiya vasitələri aparıcılarının suallarına Qarabağ münaqiəşəsi haqqında daim qısa, konkret, lakin olduqca ətraflı və tutarlı cavablar verirdi.  O, məqsədyönlü siyasi fəhmi ilə durmadan, dincəlmədən, rahatlıq bilmədən çalışır, təkrar-təkrar Azərbaycan həqiqətlərini  dünya, həm də  Avropa ictimayyəti qarşısında  zəngin, dolğun  ifadələrlə bəyan edirdi. İstər yaxın tarixi, istər uzaq tarixi çox gözəl bilən Prezidentimiz tarixi gerçəklərdən öz çıxışlarında miasllar gətirir, Ermənistanın və onu dəstəkləyənlərin nə qədər haqsız, Azərbaycanın nə qədər haqlı olduğunu təkzibolunmaz faktlarla subuta yetirirdi. Bunun şahidi olmaqdan ötrü onun bəzi çıxışlarına, bir sıra müsahibələrinə nəzər yetirmək kifayətdir:

 “Ermənistanın özü monetinik ölkədir. Bəlkə də siz heç bir başqa ölkə tapa bilməzsiniz ki, onun əhalisinin 99 faizi etnik mənşəyə mənsub olsun. Nəyə görə bu baş verib? Ötən əsrin əvvəllərində Ermənistanın indiki paytaxtının əhalisinin 30 faizini azərbaycanlılar təşkil edirdi və 1918-ci ildə bu ərazi Azərbaycandan Ermənistana hədiyyə edilmişdir. Amma ermənilər bunu unutmaq istəyirlər.” [Kral beynəlxalq əlaqələr İnsitutundakı (Brüsel) çıxışından 07.11.06]                                                                                                                                                                           “Bəzən eşidirəm ki, Rusiyanın Qafqazda yeganə müttəfiqi Ermənistandır. Nəyə görə? Baxın, Azərbaycanla Ermənistanı tərəziyə qoyun. Azərbaycan Rusiyanın qonşusudur, Ermənistan isə qonşusu deyildir. Azərbaycanın Rusiya Qafqazı ilə dərin və mədəni əlaqələri var. Ermənistanın isə yoxdur. Azərbaycan neft və qaz hasil edən ölkədir və indiki halda artıq hasilatçı kimi müttəfiqdir. Elə isə, nə üçün Azərbaycan daha az əhəmiyyətli ölkədir? Bu mənə aydın deyil. Yəni bu streotpdır, yoxsa erməni lobbisi, yaxud başqa səbəblər var?” [“Exo Moskvi” radiostansiyasına müsahibəsindən  22.12.06 ].                                                                                        

“Erməni lobbisi və Ermənistan 1915-ci il hadisələrinə görə Türkiyəni daim bütün ölkələrdə günahlandırmaq istəyir. Bütün ölkələrin parlamentlərində qondarma “soyqırımı”nı tanıtdırmaq istəyir. Bu böyük erməni yalanıdır, böyük erməni təxribatıdır. Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırım siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olub və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırımı deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya görmək istəmir.” [Türk dövlətləri və cəmiyyətlərinin XI dostluq, qardaşlıq, əməkdaşlıq konfransında çıxışı.  17.11.07].                                                  

“Hər bir ölkə öz yolunu özü seçir. Biz demokratiya yolunu, sosial ədalət, regionda interqasiya proseslərinin inkişafı yolunu seçmişik və bu yolla uğurla irəliləyirik. Ermənistan isə təsridçilik, təcavüz, başqasının ərazilərini işğal etmək, beynəlxalq huququn prinsiplərini pozmaq yolunu, etnik təmizləmə siyasətini seçmişdir. Bunun nəticəsinin nə olduğunu özünüz görürsünüz. Əgər onlar Xocalıda Azərbaycan xalqına qarşı soyqırım törətmişlərsə, İrəvanda seçgilərdən sonra erməni xalqının özünə qarşı cinayət törədirlər.”[ Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsindən. 20.03.20].                                                                                                                      

“Qoşunların Dağlıq Qarabağdan çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının drörd qətnaməsinə Ermənistan heç bir reaksiya vermir. İllər keçir, lakin heç bir şey baş vermir, heç bir sanksiya və ya təzyiq tərtib olunmur. Hətta tənqid eşidilmir. Onda bnu qətnamələrin faydası nədədir? Qətnamələr öz əhəmiyyətini itirib. Ona görə də güclü mexanizmlər olmalıdır ki, bunun yerinə yetirilmədiyi təqdirdə hansı sanksiyaların tətbiq olunacağı, beynəlxalq ictimayyətin hansı tədbirləri görəcəyi müəyyən edilsin. Qətnamələrə məhəl qoymayan, onları yerinə yetirməyən ölkələr cəzalanmalıdılar. İlk olaraq onlara xəbərdarlıq edilməli, sonra isə onlar beynəlxalq təşkilatlardan xaric olmalıdır.”  [Pakistan Televiziyasına müsahibəsindən 13.04.05].                                                                                                                                      “Təhlükəsizlik Şurasının  biganəliyi  münaqişənin həlli prosesinə dağıdıcı təsir göstərir. Qətnamələrə məhəl qoymayan, hərbi təcavüzünün nəticələrini möhkəmləndirməyə çalışan və bu hərəkətlərinə görə cəzasız qalan Ermənistan nəticə etibarilə işğal olunmuş  Azərbaycan ərazilərində Ermənistan əhalisinin kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırılması kimi qəddar siyasət həyata keçirir ki, bu da beynəlxalq huququn, xüsusilə 1949-cu ildə qəbul olunmuş Müharibə Zamanı Mülki Şəxslərin Müdafiəsi üzrə 4-cü Cenevrə konvensiyasının müddəalarının növbəti dəfə açıq şəkildə pozulmasıdır.” [BMT Baş Assambleyasının 59-cu sesiyasındakı çıxışından  24.09.04].

İlham Əliyevin rəhbərliyilə aparılan  uğurlu islahatlar, əldə olunan yüksək nəticələr onun Azərbaycana rəhbərlik eləməyə başladığı ilk anlardan müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdı. Prezident İlham Əliyevin xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının güclənməsi üçün apardığı fəaliyyət və hər sahədə qazandığı uğurlar bütün dünyanı heyrətə gətirəcək dərəcədə yüksək oldu. 

44 gün davam edən Qarabağ uğrundakı müharibədə Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın müzəffər ordusuna rəhbərliyi və bu ordunun rəzil erməni ordusuna qalib gələrək gülüstan Qarabağı erməni işğalından azad etməsi Azərbaycan tarixinə elə qızıl hərflərlə yazıldı ki, qiyamətə qədər bu zəfərlə Azərbaycan xalqı qürur duyacaq.  

 İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabr ayıniın 27-dən noyabr ayının 10-a qədər davam elədi və Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitdi, Qarabağ və onun ətrafındakı bölgələrimiz kafir işğalından azad oldu. Bu savaş Azərbaycanın prezidenti və qüdrətli ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının polad iradəsi, yüksək əzmkarlığı, qətiyyəti, heyrətamiz siyasəti, yüksək rütbəli zabuitlərimizin hərbi bacarığı, əsgərlərimizin şücaəti və rəşadəti sayəsində şanlı bir qələbə idi.  

Azərbaycan Ordusunun igidləri Ali Baş Komandan İlham Əliyevin “Yalnız irəli”,-şüarı altında  savaşa-savaşa, düşmənin atəş nöqtələriini vura-vura, müdafiə sistemini yara-yara, artilleriya vasitələrini, düşmən tanklarını, digər zirehli texnikalarını sıradan çıxara-çıxara irəliləyirdilər. Onları ruhlandran həm də Azərbaycan Prezidentinin, Ali Baş Komandanının onlara güclü dəstək verməsi, Azərbaycan hərbi texnikasının artıq hər cəhətdən düşmənin hərbi texnikasından üstün olması, peşələrini əla bilən ordu generallarının düşməni məğlub etməkdən ötrü düzgün hərbi-taktiki plan hazırlamaları idi. 

  Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş fiziki-texniki hazırlığı bütün dünyaya nümunə ola biləcək Azərbaycan əsgəri yetişdirməkdən ötrü sağlam, boy-buxunlu gənclərimiz qardaş Türkiyəyə və Pakistana hərbi məktəblərində təhsil almağa göndərilirdi. Bunun nəticəsi idi ki, dünyada tayı-bənzəri olmayan “Yaşmalar” meydana gəldilər və 400 nəfərdən ibrət qrup sıldırım qayalarla, keçiləsi mümkün olmayan yollarla Şuşaya qalxaraq minlərlə erməni hərbiisini az bir zaman ərzində məhv edərək Şuşanın ən hündür yerlərinə Azərbaycanın ay-ulduzlu,üç rəngli bayrağını sancdılar. 

"Report" yazırdı ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Şuşanı işğaldan azad eləyən hərbçilərlə görüşdə qısa,  lakin olduqca mənalı və əhatəli bir nitq söylədi:

"Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır. Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır".

 Bu qələbəni biz döyüş meydanında qazandıq. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusu bütün işğal olunmuş torpaqlarımızı işğaldan azad eləyib hər guşəyə Azərbaycanın ay-ulduzlu, üç rəngli bayrağını sancdı. 

Azərbaycan ordusunu təkcə regionda deyil, bütün dünyada ən qüdrətli ordularından birinə çevirildi. Elə bu səbəbdən də Azərbaycanın müzəffər ordusu cəmi 44 gün ərzində Ermənistanın erməniilərdən, muzdlu fransızlardan, yunanlardan, ruslardan, bütpərəst hindlilərdən, Amerika muzdlularından ibarət 100 minlik ordusunu qarşısında diz çökdürdü və Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə doğma Qarabağı işğalçılardan azad elədi. İlham Əliyev Azərbaycan və dünya tarixinə bir prezident, bir rəhbər, bir Ali Baş Komandan kimi adını qızıl hərflərlə yazdı. Cənab İlham Əliyev çox nadir rəhbərlərdəndir ki, qalibdir və tarixə qalib bir sərkərdə kimi düşdü. 

İlham Əliyev bir rəhbər kimi əməlləri, heyrətamiz çıxışları, valehedici görüşləri ilə gənclərin bir şəxsiyyət kimi yetişmələrində, onlarda vətənpərvərlik hisslərinin, duyğularının güclənməsində müstəsna xidmət göstərmişdir. Bundan əlavə onun  məqsədyönlü xarici siyasətinin bariz göstəricisi idi ki, 44 günlük müharibə zamanı dünyanın bir çox dövlətləri Azərbaycanın bu ədalətli savaşını dəstəklədilər. 

Ali Baş Komandan İlham Əliyev yol göstərdi, cığır açdı, şanlı bir tarix yazdı.  O, həm də elə bir yüksək şəxsiyyətdir ki, xalqının qəlbində uzun illərin nisgilindən sonra Uca Allahın inayətilə sevinc toxumları əkdi. Xalq onun və Azərbaycanın şücaətli əsgərlərinin rəşadəti sayəsində intəhasız bir sevinc içindədir. 

 

Vüqar Əhməd

AMEA Nizami  Gəncəvi adına Ədəbiyyat İnstitutunun

Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,

filologiya elmləri doktoru, professor.

 

 

 

Siyasət