Azərbaycan dövlətçiliyinin xilas günü

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:

Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Əgər Ulu öndər 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan çox böyük bəlalarla üzləşə bilərdi. Ölkə parçalanma ərəfəsində idi. Vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın itirilməsi, digər təhlükəli amillər ölkəni dağıdırdı. Azərbaycan böhran içində idi.

Azərbaycana rəhbərliyə gəldikdən sonra Heydər Əliyev ölkəni inkişaf etdirməyə başladı. Müharibə dayandırıldı, vətəndaş qarşıdurmasına son qoyuldu, qeyri-qanuni silahlı dəstələr tərksilah olundu, qayda-qanun yaradıldı.

Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Siyasət