"Bakı müstəmləkəçiliyə qarşı aparılan mübarizənin mərkəzinə çevrilib. Biz buradan səsimizi beynəlxalq təşkilatlara, dünyaya çatdırmağa çalışırıq".
XQ Oxu.az-a istinadən xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Yeni Kaledoniya Parlamentinin üzvü Mariya İzabella Saliqa deyib.
"Biz Fransa hökuməti tərəfindən müstəmləkəçiliyə məruz qalmışıq. Müstəmləkəçiliyə məruz qalan və buna qarşı mübarizə aparan xalqlar bu gün də təzyiqlərə məruz qalırlar. Biz cəsarətlənməliyik ki, öz ailəmizi, uşaqlarımızı qoruyaq. Azadlıq bunun üçün yeganə yoldur", - deyə o qeyd edib.
O çıxışı zamanı dünyada 7 milyarddan çox insanın həyatını itirməklə üz-üzə qaldığını, müharibələrin, müstəmləkəçilik siyasətinin aparıldığını diqqətə çatdırıb.