2024-cü ildə aldığımız bildirişlərin 95 faizi ticarətə zərər vurulan məhdudiyyətlə bağlı olub. İllər keçdikcə görürük ki, bu günə qədər məhz ticarətə zərər vuran 3200-dək məhdudiyyətin şahidi olmuşuq.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
“Biz həll variantlarını elə müəyyənləşdirə bilərik ki, hamı tərəfindən istifadə olunsun.
Bu gün süni intellekt elmi ixtiraları sürətləndirsə də, bədbinliyimiz hələ qalır. Əgər bərpaolunan enerjiyə, enerji keçidinə sərf edilən xərclər azı 80 faiz olmasa, biz iqlim böhranından çıxa bilməyəcəyik.
Nizami Gəncəvi də əsərlərində yazmışdır ki, hər qaranlıq gecənin bir sübhü var. Biz də həmin yanaşma ilə məsələləri həll etməliyik. Gəlin, ümid edək. Çünki ümid etmək müdrik yanaşmadır və ümumi anlaşmaya xidmət edir. Biz bu yol ilə getməliyik”, - deyə Rebekka Qrinspan bildirib.