Aİ Ermənistana əlavə 10 milyon avro ayırır

post-img

Yardım regionda əmin-amanlığa xidmət etmir

Avropa İttifaqı Aİ Ermənistana Avropa Sülh ondundan 0 milyon avro məbləğində əlavə yardım ayırmaq niyyətindədir. Bununla bağlı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas şuraya təklif təqdim edib. Təklif qarşıdakı həftələrdə nəzərdən keçiriləcək və Aİ-yə üzv olan 2 ölkənin hamısı tərəfindən bəyəniləcəyi təqdirdə qüv vəyə minəcək.  da bildirilib ki, 0 milyon avro Hayastanın müdafiəsini dəstəkləmək üçün nəzərdə tutulur.  

Göründüyü kimi, bu, humanitar yox, hərbi yardımdır. Yəni Ermənistan sözügedən vəsaitdən hərbi məqsədlər üçün istifadə edəcək. Yardım sülh, sabitlik, təhlükəsizliyə deyil, müharibəyə, ölkələri təxribata çəkməyə xidmət edəcək. İrəvan aldığı dəstəklə sülhdən yayınmağa çalışacaq. Bu isə rəsmi İrəvan üçün yaxşı nə isə vəd etmir. 

O da maraqlıdır ki, son zamanlar Bakı ilə İrəvan arasında birbaşa əlaqələrin intensivləşdiyi və bu təmaslar sayəsində müəyyən nəticələrin əldə olunduğu, regional sülhə mane olan məqamların tədricən azaldığı bir vaxtda bu yardımın gündəmə gətirilməsi xoş niyyətdən xəbər vermir. Azərbaycan isə Aİ-nin bu addımını heç bir halda ədalətli yanaşma kimi qiymətləndirə bilməz.

Qeyd edək ki, ötən il Avropa Sülh Fondunun Ermənistana 10 milyon avro dəyərində yardım paketini təsdiqləməsi də, əslində, bu siyasətin tərkib hissəsidir. Yada salaq ki, əvvəlcə Macarıstan yardımın verilməsinə mane oldu. Azərbaycanın da proqrama daxil edilməsini tələb etdi. Həftələrlə davam edən qapalı danışıqlardan sonra avropalı diplomatlar Budapeştin müqavimətini qıra bildilər. Görəsən, bu dəfə yardımın ayrılmasına mane olan tapılacaqmı?

O vaxt ayrılmış vəsaitin də məqsədi Ermənistan silahlı qüvvələrinin maddi-texniki imkanlarını artırılmasına, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə vermək idi. Əslində isə həmin vaxt yardımın ayrılması regonda ikitirəliyə xidmət etməklə gərginliyi artırdı. Sülhə deyil, gərginliyin artmasına xidmət etdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də həmin vaxt Aİ Şurasının qərarını “yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addım” adlandırmışdı: “Aİ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.

Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”, – deyə Ayxan Hacızadə vurğulamışdı.

Xatırladaq ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb. Aİ-dən maliyyələşən qurumun məqsədi, guya, dünyanın müxtəlif regionlarında sülhə xidmət etməkdir. Reallıqda isə məsələ fərqlidir. İş burasındadır ki, Aİ özü tamamilə qərəzli qurumdur. Cənubi Qafqazdakı proseslərə yalnız öz maraqları kontekstindən yanaşır, Ermənistanı silahlandıraraq regional sabitliyin təmin olunmasının qarşısını alır.

Beynəlxalq Avrasiya Mətbuat ondunun prezidenti Umud Mirzəyev bununla bağlı bildirdi ki, Avropa Sülh Fondunun Ermənistana hərbi məqsədlər üçün yardım ayırmaq niyyəti başa düşülən deyil: “Ötən il Aİ-nin Ermənistana 10 milyon avro yardımın ayırması ilə bağlı qərarı olub. O zaman Azərbaycanın rəsmi dairələri sərt mövqe sərgilədilər. Məsələ burasındadır ki, 30 il qonşu ölkənin ərazisinin bir hissəsini işğal altında saxlamış, bu ərazilərdə vandalcasına izlər buraxmış, orada yaşayan insanlara soyqırımı yaşatmış bir ölkəyə yardımla bağlı qərarın qəbul olunması, təbii ki, hansısa maraqlardan irəli gəlirdi”.

U.Mirzəyev daha sonra dedi ki, bu beynəlxalq təşkilat Azərbaycan ərazisinin işğal olunduğu dövrdə, bizə soyuq münasibət göstərib: “Bu gün təkrar 10 milyon avronun ayrılması ilə bağlı mesajların verilməsi xoş niyyətdən irəli gəlmir. Məlum olduğu kimi, Cənubi Qafqazda çox böyük bir münaqişə ocağı vardı. Azərbaycan təkbaşına bu münaqişə ocağını söndürdü və son bir neçə ildə bölgədə sabitliyi təmin etdi. Regionda sabitliyin formallaşması, görünür ki, bəzi ölkələrə əl vermir. Onlar gərginliyin yaradılmasında maraqlı tərəf kimi çıxış edirlər. Bu səbəbdən də Hayastana maliyyə yardımı ayırmaqda maraqlıdırlar. Belə bir addımın atılması hər halda xoş niyyətdən xəbər vermir.

Əgər Ermənistanın iqtisadi və sosial layihələrinə dəstək olsa idi, bunu başa düşmək olardı. Amma yardımın birbaşa hərbi imkanların artırılmasına yönəldilməsi təhlükəlidir. Gələcək fəlakətlərə yol açır. Təbii ki, işğalçı ölkəyə stimul verir. Onun Aİ-dən aldığı dəstək gələcəkdə destruktiv mövqeyini gücləndirəcək, hərbi-siyasi gərginliyi artıracaq, sülhdən yayınmağa çalışacaq.

Yenə də deyirəm ki, sərhədlərin delimitasiyası və sülh müqaviləsinini imzalanması istiqamətində danışıqların getdiyi bir vaxtda Avropa Sülh Fondunun Hayastana təkrar 10 milyon avro ayırmaq niyyəti reavanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edir. Bu qərar Ermənistanda revanşizm meyillərinin güclənməsinə, ölkənin yenidən təcavüzkar siyasət həyata keçirməsinə təkan verə bilər. Qarşı tərəf bilməlidir ki, həm iqtisadi, həm də hərbi resurslar baxımından Azərbaycan Ordusu ilə rəqabət aparmq gücündə deyil, bu səviyyəyə çatmaq imkanından uzaqdır. Azərbaycanın bu resursları regiona barış, sülh gətirəcək”.

Beynəlxalq Münasibətlərin  Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli isə bildirdi ki, Ermənistanın hərbi gücünü artırmağa xidmət edən istənilən maliyyə yardımı bölgədə hərbi-siyasi eskalasiyanın artmasına xidmət edir: “Ermənistan təcavüzkar dövlətdir. 30 ilə yaxın dövr ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. İki ölkə arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Bölgədə davamlı sülh formalaşmayıb. Bunun fonunda Avropa İttifaqının Ermənistana müntəzəm şəkildə maliyyə yardımları ayırması və bunun bir hissəsinin də hərbi təyinatlı olması gərginliyin artmasına xidmət edir. Paradoksal haldır ki, qurumun adını “sülh fondu” qoyublar. Ancaq bu fond heç də sülhə xidmət göstərmir. Təcavüzkar ölkənin hərbi gücünün artırılması ilə bağlı yardımlar edir. Təbii ki, Avropa İttifaqının Sülh Fondu çəçivəsində Ermənistana təkrar 10 milyon avro ayırmaq niyyətinə münasibətimiz neqativdir. Əgər İrəvan Qərbdəki “ağa”larına arxalanaraq hərbi-siyasi təxribatlarını davam etdirərsə, rəsmi Bakı müvafiq zəruri addımlar atmağa məcbur olacaq”. 

Pünhan ƏFƏNDİYEV

XQ





Siyasət