Suriya ordusu Latakiyanı nəzarətə götürüb

post-img

Respublikanın təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını qovub. Bunu şəhərin polis rəisi bildirib. Məlumatı TASS verib. 

Ölkənin yeni hakimiyyət orqanlarına tabe olan Suriya təhlükəsizlik qüvvələri respublikanın keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarlarını devirməklə Latakiya şəhərinə nəzarəti ələ keçirib. Bu barədə Latakiya polis rəisi Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi şərhdə bildirib.

“Şəhər nəzarətə götürülüb, hərbi obyektlərin mühasirəsi götürülüb, əvvəlki rejimin qalıqları çıxarılıb” – deyə polis rəisi qeyd edib.

 

P.ƏMİRCANOV

XQ

Dünya