Mark ENDEVELD
(əvvəli https://www.xalqqazeti.az/az/siyaset/208390-boyuk-manipulyator)
Sözün əsl mənasında, çox müəmmalı bir adam olan Lüdovik Şaker prezidentin adından dövlətin bir neçə yüksək vəzifəli şəxslərinin yanına gedib onlardan “məxfi müqavilələr” imzalamağı tələb edir. Qəribə və sirli bir adamdır bu Şaker. Bəzilərinə o hətta özünü “xüsusi təyinatlı qrupun keçmiş üzvü” kimi təqdim edir. WikiLeaks tərəfindən aşkar edilən sənədlərdən bəlli olur ki, "Hərəkətdə!" hərəkatının daxilində Lüdovik Şaker özünü “44-cü piyada alayının keçmiş hərbçisi” kimi qələmə verir.
Kəşfiyyat agentləri yaxşı bilirlər ki, 44-cü alay DGSE (xarici kəşfiyyat) üçün kadrlar hazırlayır. Deməli, belə çıxır ki, keçmişdə Lüdovik Şaker casus olub. Bu informasiyanı sözügedən şəxs nə təkzib, nə də təsdiq etdi. Biz ancaq onu bilirik ki, Şaker Yelisey sarayına gələndən sonar onun DGSE (xarici kəşfiyyat) ilə əməkdaşlığı dayandırıldı. 2018-ci il sentyabrın 5-də xarici kəşfiyyatın rəhbər işçilərindən biri olan Jan-Dominik Merşe L’Opinion gündəlik qəzetinə verdiyi müsahibəsində qeyd edir ki, “Yelisey sarayının missiya icraçısı Lüdovik Şaker, artıq DGSEdə (xarici kəşfiyyat) işləmir”. Şaker də öz növbəsində bu uğursuzluğu daha yaxşı “həzm” etməkdən ötəri bəzi həmsöhbətlərinin qarşısında öyünməkdən çəkinmir və DGSE-də (xarici kəşfiyyat) olduğu vaxtlarda ona tapşırılan missiyalardan həvəslə danışır.
Kölgədə olan bu adamın tərcümeyi-halı xeyli sualla Kölgədə olan bu adamın tərcümeyi-halı xeyli suallar doğurur. Nim şəhərindən bir neçə kilometr aralıda, Aveyron departamentinin San-Jandü-Brüel adlanan kiçik bir kəndində doğulan bu adam 1990-cı illərin sonunda, 18 yaşında paytaxta gəlir. Elə həmin il Parisin 19-cu rayonunda kunq-fu ustası Lianq Çao ilə tanış olur. Parisin Villett məhəlləsinin yaxınlığındakı idman sarayında onunla məşq edir və tezliklə Lianq Çaonun sevimli şagirdinə çevrilir. Buna görə gələcək prezidentin seçki kampaniyasındakı yoldaşları ona “ninja” ləqəbi verəcəklər. Lianq Çao ilə tanışlıqdan sonra Şaker Asiya ilə çox maraqlanır və Çin Mandarin dilini öyrənməyə başlayır. Çox keçmir ki, o, Milli Beynəlxalq Əlaqələr və Dillər İnstitutunun, eləcə də Şərq sivilizasiyaları (INALCO) və
CELSA ünsiyyət məktəbinin diplomlarını alır. Məhz elə o zaman bu adamda müdafi ə məsələlərinə qarşı maraq oyanır. Beləliklə, cəmisi 24 yaşında Şaker mütəmadi olaraq IHEDN-in (Milli Müdafiə Araşdırmaları İnstitutu) kurslarında iştirak etməyə başlayır və özünə yaxşı çevrə toplayır.
Müəllimlərinin dediyinə görə, o, çox parlaq və istedadlı bir tələbə olub. Çünki cəmisi bircə il sonra Şaker Parisdəki Siyasi Elmlər İnstitunun ictimaiəlaqələr üzrə magistr dərəcəsini alır.
Bütün bu diplomlarla silahlanan cavan oğlan 2007-ci ildə ilk dəfə olaraq Çinə yola düşür. Orada, daha doğrusu, Fransanın Şanxaydakı baş konsulluğunda müqavilə ilə universitetlərarası rəsmi əlaqələr üzrə baş icraçı kimi fəaliyyətə başlayır. Jurnalist Frank Renonun sözlərinə görə, “o, (Lüdovik Şaker) Çini yaxşı tanıyırdı və fəaliyyət göstərdiyi sahə, onun, əslində, kim olduğunu və nə mənsəbə qulluq elədiyini ört-basdır etmək üçün yaxşı bir pərdə idi...”. Konsulluğun əməkdaşlarından biri onu da qeyd edir ki, “o, (Lüdovik Şaker) xüsusi bir missiya üçün Şanxay şəhərindən çıxanda, biz onun hara getdiyini və getdiyi yerdə nə işlər gördüyünü bilmirdik...” Şaker tez-tez Konsulluğun təhlükəsizlik şöbəsinin rəisi ilə bir yerdə olur. Bundan başqa, o, konsulun əmri ilə “adanın başçısı” təyin olunur. Yəni ölkə (Çin) böhran vəziyyətinə düşərsə, fransız vətəndaşlarının qayğısına qalmaq, onlara ölkədən (Çin) çıxarıb vətənlərinə qayıtmağa kömək göstərən qrupun rəhbəri. Onda qəribə bir vərdiş də var: Şaker həmişə üstündə kunq-fu bıçağı gəzdirir.
Məhz o dövrdə gənc Lüdovik bir yerdə yaşadığı bolqar qızı ilə mülki nikah kəsdirməyə qərar verir. 2010-cü il Ümumdünya Sərgisindən bir neçə ay əvvəl, o, Şanxayda, Fransa–Çin şəbəkələri ilə də əlaqəyə girir, xüsusilə Pekində yerləşən fransızların Çindəki Mədəniyyət Mərkəzinin müşaviri Fransis Nizet ilə yaxından tanış olur. Sağçılar partiyası ilə Fransa Demokratik Partiyası arasında var-gəl edən Nizet, sağçılar partiyasından Makronu ilk dəstəkləyən Reno Dütrey ilə yaxın dostdur. Çində olanda, Şaker, həmçinin Jan-Pier Raff aran (keçmiş Baş nazir) və Tur şəhərinin ovaxtkı meri – öz şəhərini Çində tanıtmaq üçün tez-tez ora səfər edən Jan Jerman ilə də görüşür.
Jue-le-Tur şəhərciyindəki turist
Jue-le-Tur Centre-Val de Luire bölgəsində, İndre-et-Luara departamentində, Tur şəhərinin cənub-qərbində yerləşən şəhərcikdir. Əhalisi, təxminən, 39 000 nəfərdir.
2009-cu ilin yayında Lüdovik Şaker Fransaya qayıdır və tezliklə Juele-Tur şəhərciyinin meriyasında kabinet müdiri təyin olunur. Nəyə görə? Lüdovik Şaker hara, meriyada kabinet müdiri olmaq hara? Bu təyinatdan təəccüblənən meriyadakı məmurlar heç nə başa düşə bilmirlər. Onların həm özlərinə, həm də bir-birlərinə verdikləri suallar cavabsız qalır. Əvvəla, Lüdovik Şakerin yerli hakimiyyət orqanlarında heç bir təcrübəsi yoxdur. Bundan başqa, onun heç Sosialist Partiyasına mənsub olduğunu sübut edən kartı da yoxdur. (Lüdovik Şaker sosialist də deyil). Məsələ burasındadır ki, bu təyinat Jue-le-Tur şəhərciyinin meri sosialist Filip Le Bretonun şəxsi qərarıdır. Turizm və aqlomerasiyanın iqtisadi inkişafı üzrə vitse-prezident olan Filip Le Breton bu cavan oğlanla harada və necə tanış olduğunu, onu bu vəzifəyə nə üçün təyin etdiyini heç kimə açıqlamır. Ancaq iclasların birində qısaca qeyd edir ki, onun (Lüdovik Şaker) daşdan keçən bir CV-si var. “Hobbisi də balıqçılıqdır”, – deyə heyrətə düşən müavinlərinin qarşısında hələ zarafat da edir.
Tezliklə hamı hiss edir ki, bu Lüdovik Şaker adi bir kabinet müdiri deyil. “Biz çox tez başa düşdük, o, klassik müdir deyil. Hamımızda belə bir təəssürat yarandı ki, o turistdir, bura gəzməyə gəlib. Öz işinə o qədər də can yandırmırdı. Hiss olunurdu ki, bu adam tamamilə başqa bir işlə məşğuldur...”, – deyə meriyanın keçmiş müavinlərindən biri etiraf edir. Bu hiss meriyanın bütün işçilərində var, çünki orada çalışdığı iki il ərzində Lüdovik Şaker ayda bir dəfə iki-üç gün harasa yoxa çıxırdı. Məsələn, bir dəfə heç kimə izahat vermədən on beş gün ərzində Pakistana, onun Əfqanıstanla sərhədlərinə yaxın bölgələrinə səfər edir. Bu səfərdən sonra Pakistanın milli geyimində meriyaya qayıdan kabinet müdiri onu təəccüblə süzən həmkarlarına elə də açıqlama vermir. “Bizədedi ki, baqajını itirib”, – deyə onun keçmiş həmkarlarından biri ironiya ilə gülümsəyir.
Çin dilində təmiz danışmaqla yanaşı, Lüdovik Şaker ərəb dilini də mükəmməl bilir. “Onun əsli Əlcəzairdəndir”, – deyə onunla meriyada işləyən əməkdaşlardan biri qətiyyətlə iddia edir. Şaker Yəmən mənşəli bir addır və Yaxın Şərqdə, eləcə də Məğribdə çox yayılıb. Bu cavan oğlan İslamın bütün ənənələrinə əlinin içi kimi bələddir. Bir vaxtlar o, DGSİnin (xarici kəşfi yyat) nəzdində Rabier rayonundakı böyük məscidin fəaliyyəti ilə məşğul olub.
Onun Jue-le-Tur şəhərciyindəki fəaliyyəti haqqında yuxarıda deyilənlərdən başqa məlumat əldə edə bilmədik. Meriyada onunla bir yerdə işləyən əməkdaşların dediyinə görə, Şaker, demək olar ki, heç vaxt öz işi haqqında heç kimə heç nə danışmırdı... şəxsi həyatı haqqında isə daha az danışırdı. Onun başqa bir hobbisi Wuxia assosiasiyasının nəzdində kunq-fu dərnəyi açıb, çin döyüş sənətini gənclərə öyrətmək idi. O, tez-tez gənc şagirdləri ilə böyük ustadı Lianq Çao arasında görüşlər təşkil edirdi. Onun Asiyaya olan sevgisi böyükdür. Meriyadakı kabinetinin divarından Çin qılıncı asılmışdı. O həm də mütəmadi olaraq Tur şəhərinin restoranlarında təşkil olunan “Şanxay axşamları” tədbirində iştirak edir və Çindəki təcrübəsini hamıyla bölüşürdü.
(ardı var)