İsveçrə parlamentinin səlibçi mövqeyi ikrah doğurur

post-img

İsveçrə parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer almış şər-böhtan, hansısa “sülh forumunun çağırılması” kimi cəfəng çağırışlar ona səs verənlərin hər gün Zəngəzur dağlarından Azərbaycan tərəfə binoklla baxan təxribatçı siyasətçilər və diplomatlar ilə birlikdə hərəkət etdiklərini göstərir.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. 

Bəyanatda, həmçinin deyilir: “Qətnaməni dəstəkləyən deputatların ermənilərin qayıdışının vacibliyini qabardaraq biz Qərbi azərbaycanlılara münasibətdə Ermənistana çağırış etməmələri, etnik və dini təəssübkeşliyin girovuna çevrilmələri, XX əsrin əvvəllərində baş verdiyi iddia olunan uydurma hadisələrə istinad etmələri, Azərbaycana qarşı xüsusilə şanlı Vətən müharibəsindən sonra Qərbdə bəziləri tərəfindən aparılan “səlib yürüşü”nə qoşulmaları ikrah doğurur”.  

Siyasət