Moskvada MDB Hökumət Başçıları Şurasının iclası olacaq

post-img

Rusiya paytaxtında MDB Hökumət Başçıları Şurasının iclası olacaq.

Bu barədə jurnalistlərə Rusiyanın MDB-nin nizamnamə və digər orqanları yanında daimi nümayəndəsi Andrey Qrozov məlumat verib. O qeyd edib ki, iclas dekabrın 12-də Moskvada keçiriləcək.

MDB Hökumət Başçıları Şurasının keçən iclası bu il mayın 24-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin sədrliyi ilə Aşqabadda keçirilmişdi. Həmin tədbirdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iştirak etmişdi.

Siyasət